“MaskArt” Masterclasses


“MaskArt” Masterclasses
1 noyabr 2025 - 16:00
6+


Uşaqlar üçün “MaskArt” adlı rəngarəng və əyləncəli master-klass keçiriləcək!
1 noyabr tarixində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzinin Dairəvi zalında 15 yaşınadək uşaqlar üçün “MaskArt” adlı rəngarəng və əyləncəli master-klass keçiriləcək!
Bu tədbirdə uşaqlar rəssamın bələdçiliyi ilə maska üzərində rəsmlər çəkəcək, qorxulu, şən və sirli obrazlar yaradaraq Halloween ab-havasına rəng qatacaqlar!
Burada hər fırça izi - bir təxəyyül hekayəsi, hər maska - kiçik sənət əsəri olacaq!
Uşaqlar üçün həm öyrədici, həm də əyləncəli keçiriləcək master-klass onları sənətin sehrinə aparacaq.
