Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən tədris ilinin başlanması münasibətilə “Pəri xanımın sehrli xalçaları” adlı yeni proqram həyata keçirilir. Burada uşaqlara “Pəri xanımın sehrli nağılı” animasiyası göstərilir, bədii kukla ustası Elmira Abbaslının “İlham pərisi” kompozisiyası haqqında maraqlı məlumatlar verilir və onlar üçün yaradıcı ustad dərsi keçirilir. Proqrama qatılan uşaqlara sonda “Pəri xanımın sehrli xalçaları” nağıl kitabı hədiyyə olunur.