Teatr rəssamı


Teatr rəssamı
29 mart 2025 - 16:00
8-12


Uşaqlar üçün müxtəlif materiallarla – ağac, karton, papye-maşe, tekstil və təbii materiallarla işə həsr olunmuş ustad dərslər seriyası. Bu məşğələlərdə uşaqlar maskalar hazırlamağı, parçanı rəngləməyi, kartondan qılınclar və dəbilqələr düzəltməyi, eləcə də teatr rəssamları tərəfindən istifadə edilən digər texnikaları mənimsəyəcəklər. Proqram elə tərtib olunub ki, hər məşğələdə yeni texnika və materiallar təqdim olunur və mövzular təkrarlanmır, buna görə də bir və ya bir neçə ustad dərsinə qatılmaq mümkündür.
Master klass 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
