
İqbal Həsənəlizadənin ustad dərsi

İqbal Həsənəlizadənin ustad dərsi
Tədbir haqqında
Oymaçı rəssam İqbal Həsənəlizadənin ustad dərsi keçiriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzinin Akt Zalında oymaçı rəssam İqbal Həsənəlizadənin iştirakı ilə taxta üzərində rəsm ustad dərsi keçiriləcək.
Ustad dərsi taxta üzərində rəsm texnikasının incəliklərini nümayiş etdirmək, gənc rəssamlar və sənətsevərlərə bu sahədə yeni yaradıcılıq imkanlarını tanıtmaq məqsədilə keçiriləcək. Rəssam İqbal Həsənəlizadə öz fərdi üslubu və materiala verdiyi bədii yanaşma ilə fərqlənir. Onun işlərində taxtanın təbiiliyi ilə rənglərin harmoniyası birləşərək unikal bədii effekt yaradır.
İştirakçılar taxta səthlər üzərində rənglərlə işləmə texnikasını, teksturanın yaradılması və interyer üçün kiçik taxta suvenirlərin yaradılmasını öyrənəcəklər.
Tədbirdə iştirak ödənişlidir, bileti iTicket vasitəsilə əldə edə bilərsiz.


