COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Bu suala bütün ömrünü psixologiyanın fərqli sahələrinə həsr etmiş, insan davranışlarının təhlilində mütəxəssis səviyyəsi almış, yazıçı və "Katarsis", "Katarsis X-TRA" kimi proqramlardan sevdiyimiz Gökhan Çınar cavab verəcək. Seminar ərzində sizi dayandıran daxili maneələrin aşılmasını, real çətinliklərlə beynimizdə yaratdığımız çətinliklərin fərqini təhlil edəcəyik. Tədbir zamanı həyatınızda baş verən prosesləri bir daha nəzərdən keçirib, etdiyiniz səhvlərin və rastlaşdığınız sərhədlərin əsl səbəbini öyrənə biləcəksiniz. "Söz Sizindir" komandası olaraq sizi görüşdə görməkdən məmnun olarıq!