
Beynəlxalq Xeyriyyə Yarmarkası

Beynəlxalq Xeyriyyə Yarmarkası
Tədbir haqqında
Azərbaycan - BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 ilinin tamam olması və BMT gününə (hər il dünyada 24 oktyabr tarixində qeyd olunur) həsrolunmuş Beynəlxalq Xeyriyyə Yarmarkası
Tarix: 22 oktyabr, 2022-ci il
Yer: Heydər ƏliyevadınaİdmanKonsertKompleksi
Vaxt: 10:00 – 17:00
Tədbirə giriş biletlədir.
3 yaşdan yuxarı uşaqlar üçün bilet əldə etmək mütləqdir. Bilet sahibləri tədbiri saat 10:00-dan 17:00-adək istənilən vaxt ziyarət edə bilər.
Tədbir haqqında
Tədbirin təşkilatçıları: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı
Tədbirin təşkilinə dəstək verən qurumlar: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi, BP Azərbaycan, Gənclər Fondu, NAYORA, iTicket
Əsas media tərəfdaşı: www.itv.az
Tədbir 3 əsas komponentdən ibarətdir.
- Tədbir zamanı Azərbaycan Respublikasında akkreditə olunan diplomatik nümayəndəliklər tərəfindən təmsil etdikləri ölkələrin milli mətbəx nümunələrinin və suvenirlərinin xeyriyyə məqsədi ilə rəmzi qiymətə satışı təşkil ediləcəkdir;
- Diplomatik nümayəndəliklərin təmsil etdikləri ölkələrin, eləcədə Azərbaycanın milli rəqs və musiqi nömrələrindən ibarət geniş mədəni proqram;
- Xeyriyyə məqsədli tombola (lotereya) oyununun oynanılması. Biletləri 3 AZN təşkil edəcək lotereyada iştirak edənlər qiymətli hədiyyələr qazanmaq fürsəti əldə edəcəkdir.
Xeyriyyə yarmarkasından toplanan bütün vəsait YUNİSEF-in Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı layihəsinə bağışlanacaq.


