
MVP GAMİNG FİFA22

MVP GAMİNG FİFA22
Tədbir haqqında
Qarabagh Game Center & MVP Sports and Events aqentliyi təqdim edir.
MVP GAMİNG - in FİFA22 oyunu üzrə turnirin, 12-13 fevral 2022-ci il tarixlərində həyata keçirilməsi planlaşdırılır. Layihəsinin əsas məqsədi, Azərbaycanda kiber idman sahələrinə marağı olan istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsidir.
Turnirin formatı:
Turnirin 1/64 seçim mərləhəsi fevral ayın 12-si “Qarabagh Game Center” gənclik filialında baş tutacaq. Bütün oyunlar ev/səfər (2oyun) sistemi ilə keçiriləcək. Günün sonunda 8 iştirakçı turnirin növbəti 1/4 mərhələsinə vəsiqə qazanacaqlar.
2-ci oyun günü fevral ayının 13-də turnirin play-off mərhələsi “Qarabagh Game Center” Gənclik filialında baş tutacaq.
Turnirin 1/4 və 1/2 oyunları ev/səfər (2 oyun) sistemi ilə keçiriləcək.
Final və 3-cü yer uğrunda oyunlar aşağıdakı format üzrə həyata keçiriləcək:
- 3-cü yer uğrunda oyun (üç qələbəyə qədər) – 60 dəqiqə.
- 1-ci yer uğrunda oyun (beş qələbəyə qədər) – 90 dəqiqə.
- Mükafatlandırma mərasimi – 10 dəqiqə.
- Müsahibə – 10 dəqiqə.
Layihənin proqramı aşağıdakı kimidir:
Tədbirin ilk günün cədvəli (12.02.2022)
1) 09:00 - 09:50 İştirakçıların toplanması və qeydiyyatın yoxlanılması.
2) 10:00 - 13:00 ilk qrupun (32 iştirakçı) qəbulu. Oyunlardan sonra 2 iştirakçı 1/4 mərhələyə vasiqə qazanır.
3) 13:00 - 16:00 ikinci qrupun (32 iştirakçı) qəbulu. Oyunlardan sonra 2 iştirakçı 1/4 mərhələyə vəsiqə qazanır.
4) 16:00 - 19:00 üçüncü qrupun (32 iştirakçı) qəbulu. Oyunlardan sonra 2 nəfər 1/4 mərhələyə vasiqə qazanır.
5) 19:00 - 22:00 dördüncü qrupun (32 iştirakçı) qəbulu. Oyunlardan sonra 2 nəfər 1/4 mərhələyə vasiqə qazanır).
Ilk oyun günündən sonra 8 iştirakçı turnirin 1/4 final mərhələsinə vəsiqə qazanacaq!
Tədbirin ikinci günü (13.02.2022)
1) 11:00 - 13:00 Turnirin 1/4 mərhələsi.
2) 14:00 - 17:00 Turnirin 1/2 mərhələsi.
3) 17:00 Mükafatlandırma mərasimi və Müsahibələr.
Layihədə iştirak üçün COVID-19 passportu (iki doza vaksinasiya vəya immunitet sertifikatı) və minimum 18 yaşınızın olması tələb olunur.
Layihədə iştirak haqqı - 15 AZN.
Qeydiyyat linki - https://bit.ly/3IVahau
Tədbirin məlumat paketi ilə bu linkdən tanış ola bilərsiniz. Məlumat paketindəagenda və başqa detallarla tanış ola bilərsiniz.
Ünvan: Qarabagh Game Center Gənclik, 49 Fətəli Xan Xoyski, Bakı.
Əlaqə - (+994) 70 577 77 20


