
İNSAN NƏ AXTARIR?

İNSAN NƏ AXTARIR?
Tədbir haqqında
Üzləşmə - I Forum
Mövzu: İNSAN NƏ AXTARIR?
Psixologiya – Fəlsəfə – Elm – Ədəbiyyat
Həqiqətə doğru bənzərsiz səyahətə hazır olun!
Hər birimizin beynində bu suallar var: İnsan nə axtarır? Həyatdan istədiyi nədir? Bəlkə, axtardığımız, ümumiyyətlə, mövcud deyil? Bəlkə, kənarda axtardığımızı tapmaq üçün özümüzlə üzləşməliyik?
Bu forumda nəzəriyyələrlə deyil, praktik cavablarla üzləşəcəksiniz. Hər biri öz sahəsinin mütəxəssisi olan spikerlər İNSAN NƏ AXTARIR? sualına müxtəlif prizmalardan aydınlıq gətirəcəklər.
Spikerlər:
- Psixoloq: Ramidə Oktayqızı
- Yazıçı: Rövşən Abdullaoğlu
- Filosof: Mail Yaqub
TƏDBİR PROQRAMI (5 Saat):
I Hissə: AXTARIŞ VƏ NƏTİCƏ:
- Spiker çıxışları: Hər bir qonaq "İnsan nə axtarır?" sualına aydınlıq gətirmək üçün öz sahəsində aparılan axtarışları, şəxşi təcrübə və qənaətlərini bölüşəcək.
- Tamaşa: Söylənilənləri fərqli rakursdan əks etdirən, qəlblərə toxunan bədii təqdimat
- Fasilə (Kofe-breyk)
II Hissə: ÜNSİYYƏT
- Suallar və cavablar: Spikerlərlə canlı ünsiyyət, müzakirə fürsəti
- Muğam ziyafəti
Bu forum həyatınızda bir dönüş nöqtəsi olacaq. Unutmayın, böyük kəşflər, dəyişikliklər çox vaxt böyük üzləşmələrin nəticəsidir.
Yerlər Məhduddur! İndi qeydiyyatdan keçin!


