Colette

B. 19.05.2019 19:00

Park Cinema Flame Towers

M 2

Tədbir bitib
Tədbir bitib
  • İl: 2018
    Ölkə: Britaniya, ABŞ, Macarıstan
    Rejissor: Vaş Westmoreland
    Aktyor heyəti: Kira Naytli, Dominik Uest, Eleanor Tomlinson, Fiona Şau, Ray Pantaki
    Janr: dram, bioqrafik, tarixi
    Xronometraj: 111 dəq.
    Yaş məhdudiyyəti: 18+
     
    Kolet həyat yoldaşının təkidi ilə və onun adı altında hekayələr yazır. Hekayələr uğurlu olunca, Kolet gender bərabərsizliyinə qarşı çıxaraq öz istedadını insanlara bildirmək uğrunda mübarizəyə başlayır.
    Heç şübhəsiz, Kolet iyirminci əsrdə Fransanın ən mühüm və inqilabi yazıçılarından biri olmuşdur. Onun onlarla provokativ bədii əsərləri, memuarları, jurnalistik yazıları və dram əsərləri cəmiyyətin qadına qarşı yaratdığı əngəlləri cəsurcasına qamçılamışdır. Yazıçı/rejissor Waş Westmorelandın əməyinin bəhrəsi olan və tamaşaçını heyran qoyan bu filmdə iki əsrin qovşağında həmin parlaq sənətkarın elə
    onun özü kimi dinamik və müasir olan Paris şəhərində yaradıcı oyanışından bəhs edilir.
    Əyalətdən gələn gənc Kolet (bu rolu Kira Naytli mötəşəm ifa edir) ədəbiyyat sahəsində sahibkar kimi heç də yaxşı nüfuz qazanmamış yaşlı Villi ilə ailə qurur və dərhal dəbdəbəli və azğın mühitə daxil olur. Villinin təkidi ilə, o, əlinə qələm alaraq, tez bir vaxtda Parisi fırtına kimi bürüyən avtobioqrafik Klaudin hekayələrini yazır.
    Klaudin obrazı populyar mədəniyyətin rəmzinə çevrilir, ancaq Kolet bunlardan xəbərsiz olur, çünki Villi onun yazdıqlarına dair müəllifliyi mənimsəyir. Bir yazıçı kimi öz səsini duyurmaq üçün, Kolet Villisiz və cəmiyyətin qəbul etmədiyi bir yola çıxmalıdır.
    Koletin yaşadığı mühiti daha inandırıcı göstərə bilmək üçün Vestmoreland elə Koletin özü kimi, dəyişikliklərin ərəfəsində olan elektrik dövrünü təcəssüm etdirən lokomotivləri, şəhər küçələrini və yaşıl bağları əks etdirən rəsm əsərlərindən istifadə
     
    Mükafat və festival:
    Sundance Film Festivalı — premyera
    Holivud Media Musiqi Mükafatları (HMMA) – Ən yaxşı film musiqisi  
    Toronto Beynəlxalq Film Festivalı – iştirakçı
    Britaniya Müstəqil Film Mükafatı. Nominasiya – Ən yaxşı köməkçi aktyor, Ən yaxşı kostyum tərtibatı,
    Ən yaxşı makiyaj və saç düzümü, Ən yaxşı səhnə tərtibatı
    Film Independent Spirit Mükafatı: nominasiya – Ən yaxşı ssenari Satellite Mükafatı nominasiyası –
    Golden Satellite (Qızılı Peyk) mükafatı (Ən yaxşı film musiqisi), Ən yaxşı kostyum tərtibatı
Keçirilmə məkanı

Park Cinema Flame Towers

Ünvan
M. Hüseyn küç., 1A, Alov qüllələri kompleksi
Telefon
(+994 12) 598 74 14, 119
Faydalı məlumat
Yaş həddi:
18+ yaşdan
Dil:
English
Tədbirin davam etmə müddəti:
19:00 - 20:51 - B., 19 May