Dark River

Ş. 18.05.2019 19:00

İl: 2017
Ölkə: Britaniya, ABŞ, Macarıstan
Rejissor: Klio Barnard
Aktyor heyəti: Rut Uilson, Mark Stanley, Sin Bin
Janr: dram, mistika, triller
Xronometraj: 90 dəq.
Yaş məhdudiyyəti: 16+
 
Atasının vəfatından sonra Alisa (Rut Uilson) doğma kəndində qanuni baxımdan ona məxsus olduğunu düşündüyü ailə təsərrüfatına dair mülkiyyət hüququ əldə etmək üçün son 15 ildə ilk dəfə olaraq oraya qayıdır.
Qoyun qırxmaqla məşğul olan gənc səyyah Alisa atasının ölüm xəbərini eşitdikdən sonra, palçıqlı Şimali Yorkşayrda yerləşən və uşaqlıq illərinin keçdiyi uçuq-sökük ailə evinə qayıtmaq qərarına gəlir. Alisanın bir fermadan digərinə səyahət etmək üçün xəstə vəziyyətdə olan atasını və böyük qardaşı Conu tərk edib getməsindən artıq on beş il keçib, ancaq bu soyuq və çətin qayıdış Alisanın bir vaxtlar ona vəd edilmiş torpaq sahəsini ala bilməsi üçün son şans olacaq. İndi, bir tərəfdə, bacı-qardaş arasındakı kin dolu rəqabətlə yanaşı, Conun incikliyi, digər tərəfdə isə, əzablı keçmişin qəmgin kölgələri heç də mükəmməl olmayan o mükafatın divarlarına dayanıb. İnsanı usandıran xatirələrdən uzaq durmaq mümkün olacaqmı?
 
Mükafatlar:
Toronto Beynəlxalq Film Festivalı — Həvəsləndirici mükafat
Britaniya Müstəqil Kino Mükafatları — iştirakçı
M ontkleyr Film Festivalı (MFF) — iştirakçı
Faydalı məlumat
Yaş həddi:
18+ yaşdan