Depeche Mode: Spirits in the Forest

Tədbir haqqında

Rejissor: Anton Korbayn
Müddət: 95 dəq.
İl: 2019
Janr: konsert
Yaş həddi: 16+

“Depeche Mode”-un altı pərəstişkarının şəxsi həyatının dərinliklərinə daxil olan film, Berlinin məşhur Valdbyun teatrındakı şou turnedə çəkilmiş həyəcanlı musiqi nömrələri ilə heyran edir.

Kameraya çəkilmiş material qrupun məşhurluq sirlərini açır və onların musiqisinin inanılmaz gücünə olan müəllif baxışını təqdim edir ki, bu da dilindən, cinsindən və yaşından asılı olmayaraq dünyadakı bütün insanları unikal şəkildə birləşdirir. “Mən fəxr edirəm ki, bu filmi və bu möhtəşəm əhvalatı paylaşa bilirəm. Musiqinin nüfuz etdiyi insanların gerçək həyatlarına şərik olmaq maraqlıdır” - Deyv Qaan fikirlərini belə ifadə edib. Martin Qor isə əlavə edib: “Bugünkü narahat dünyada musiqi həqiqətən xeyirxahlıq bəxş edərək, insanları birləşdirə bilər”.

Yaş məhdudiyyəti / Dil

16+
Depeche Mode: Spirits in the Forest Depeche Mode: Spirits in the Forest