
Latvian Animation Film Festival 2021

Latvian Animation Film Festival 2021
Tədbir haqqında
Sizi prodüser VilnisKalnaellisinRijaFilms istehsalı animasiya filmlərinə baxmağa dəvət edirik
Dəli tülkü
AgneseAizpuriete, klassik animasiya, 7 dəqiqə, 2019, uşaqlar üçün, dialoqsuz
Dəli tülkü dənizkənarı kəndə gedib və burada onun başına müxtəlif qeyri-adi və narahatedici hadisələr başına gəlir o, ilbizi xilas edir, çoxlu armud yeyir, batutda tullanır və su pərisi ilə dostlaşır, ona akvariumdan çıxmağa yardımçı olur.
Oxuyan Hüqo və onun inanılmaz sərgüzəştləri
ReinisKalnaellis, uşaqlar üçün, ailəvi, 2D animasiya, 10 dəqiqə, 2017, dialoqsuz
Hüqohindəki digər xoruzlardan bir az fərqlənir. O öz quş baritonunagüvənərək səhnədə oxumağı xəyal edir. Oğrular Hüqonun arzusuna mane ola bilməz, əksinə, onu macəranın başladığı başqa dünyaya aparırlar.
Almalar yuvarlananda
rəngli karandaş rəsmləri, 2 D, 2009, Latviya, dialoqsuz
Pişik sadiq dostu Siçanla ilə köhnə taxta dolabda yaşayır. Köhnə şəhərin kənarında alma bağı var. Amma bu payız Pişik alma yığanda hər şey başqa cür cərəyan edir. Birdən bağçaya qəribə bir yumurta yuvarlanır.
Yuxusuzluq
Klassik animasiya, 7 dəqiqə, 2004, böyüklər üçün, dialoqsuz.
O, gecələr pişik kimi səssizcə gəlir. Onu yedizdirənə qədər yatmasına imkan verməz. O, yuxu ilə reallıq arasında tapacağı südü istəyir. Onun adı Yuxusuzluqdur. Rəngli karandaşla çəkilmiş parıldayan simvollar yuxu və oyaqlıq arasındakı təlatümlü vəziyyəti vurğulayır.
BAYTAR HƏKİM
Klassik animasiya, 18 dəqiqə, 2007, uşaqlar üçün, dialoqsuz
Hər gün baytar cürbəcür heyvanlarımüalicəedib xilas edir, amma bir gün uğursuzluqla üzləşir. Xəstələrindən birinin ölümündən sonra mehriban insanın qəlbi bağışlanma tapana qədər parça-parça olur.
Qara qutu
2D, karandaş təsvirlər, ağ qara, 15 dəqiqə, 2006, Latviya / İngilis dilində dialoqlar
Qloballaşmanın toxunmadığı ərazidə müxtəlif qəribə şəxsiyyətlər dolaşır, onlardan biri - Hoqqidir - naməlum mənşəli bir məxluqdur. Yeni brend axtarışında olan uçan kirpi Bol əraziyə gəlir. Müxtəlif anlaşılmazlıqlardan sonra Hoqqinin şəkli bütün dünya jurnalların üz qabığında çap olunur. Və bütün bunlar Qara Qutu sayəsində mümkün olur.
Qurbağa udmaq
2D, rəngli, 10 dəqiqə, 2010, dialoqsuz
Biri var idi biri yox idi bir kiçik şəhərdə dairəvi ziyalılar yaşayırdı. Ağıllı, mehriban, uzaqgörən və müvəffəqiyyətli idilər. Uğurlarının əsasını qurbağanı udmaq (yəni qürurunu udmaq) idi. Şəhərdə kvadrat sakinlər də yaşayırdılar. Yaxşıya yaxşı, pisə pis cavab verən, qurbağaları udmayan praqmatik realistlər idilər. Şəhərdə sakit bir simbioz hökm sürürdü, bir gün bir kvadrat sakin təsadüfən dairəvi sakinlərin qurbağaları udduğunu aşkar edənə qədər.
Kənarlaşmaq
3D kompüter animasiyası, 75 dəqiqə, 2019, gənclər üçün, dialoqsuz
Bir oğlan səhrada düşmüş təyyarənin yanında oyanır. Təyyarənin qalıqları arasından sirli bir bədheybət peyda olur və oğlanı təqib etməyə başlayır. Onun yeganə xilası bir vahədır, lakin orada tənhalıqdan uzun müddət yaşamaq darıxdırıcıdır. Günlərin bir günü oğlan yetim quş tapır, ona uçmağı öyrədir və tezliklə hər ikisi özlərinə bənzərlərin axtarışına çıxmağa hazır olur.

