Ölkə: Fransa
İl: 2019
Dil: Fransız dilində, subtitrlərsiz
Müddət: 120 dəq.
Janr: Film-konsert
Yaş: 16+
Rejissor: Fransua Anss
Altı illik fasilədən sonra Milen Farmer Avropanın ən böyük zalında Parisin məşhur LaDefenseArenasındakonsertlər seriyası verərək, qalibcəsinə səhnəyə qayıtdı. Proqrama Désobéissance («İtaətsizlik»)albomundan pərəstişkarlar tərəfindən sevilən hitlər daxil edilmişdi. Energetikasına görə dəlisov təqdimatları 235.000 adam canlı izləyib, amma əlbəttə hətta la Defense Arena kimi nəhəng zal belə məşhur müğənninin bütün pərəstişkarlarını toplamaq imkanına malik deyildi. Buna görə də Farmerin yaradıcılığını qiymətləndirən hər kəs üçün La DefenseArena konsertinin yazısını böyük ekranlarda izləmək əsl hədiyyə olacaq. Şou məxsusi olaraq kinoteatrlar üçün 4K Cinemascope formatında , Dolby Surround 7.1 və Dolby Atmos səsi ilə çəkilib. “MİLEN FARMER 2019 KİNO”da tamaşaçılara unudulmaz təəssüratlar bəxş edəcək, super müasir texnologiyalar sayəsində inanılmaz həcmli səsvə başgicəlləndirici xüsusi effektlər özünü qabarıq büruzə verəcək.