Aşıq Qərib

Tədbir bitib
Tədbir bitib
  • Aşıq Qərib - 19:00 (6+)
    19:00, 26 May 2019
    11 - 16 M

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

    Bilet almaq
    Tədbir Keçirilmə məkanı Qiymət
    Aşıq Qərib - 19:00 (6+) 19:00, 26 May 2019
    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
    11 - 16 M Bilet almaq
  • "Aşıq Qərib" (3 pərdəli opera)

    Yaş həddi: 6+

    Kompozitor: Zülfiqar Hacibəyov, Niyazi

    Libretto müəllifi: Üzeyir Həcibəyli

    Janr: Dastan

    Dil: Azərbaycan

    Tamaşanın müddəti: 1 saat 45 dəqiqə

     

    Tamaşanın dirijoru: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)

    Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

                                       Operanın qısa məzmunu

    Birinci pərdə

    Birinci şəkil.

    Təbriz sakini Rəsula yuxuda Tiflisli xoca Sənanın qızı Şahsənəm buta verir. Rəsul səhər ayılıb yuxunun təsiri ilə oxumağa başlayır. Heç nədən xəbəri olmayan ana, bacı, qonşular ondan niyə belə oxuduğunu soruşurlar. Məlum olur ki, Rəsul bir gözəlin eşqilə Tiflisə getməlidir. Ona mane olmaq istəyirlər.Lakin Rəsulun fikri qətidir.

    İkinci şəkil.

    Bu yerlərdə hörmətli sayılan Mahmud başda olmaqla məclis qurulub. Aşıq Vəli və Qaraca qız çalıb oynayır, camaat isə bunlara qulaq asır, çay içir, əylənirlər. Rəsul gəlib buraya çıxır. Ondan Təbrizi mədh eləməyi xahiş edirlər. Rəsul şövqlə Təbrizi mədh edir. Bu hamının xoşuna gəlir. Təkcə Aşıq Vəlidən başqa. Mahmud ondan niyə tərki vətən olduğunu soruşur. Rəsul hər şeyi olduğu kimi ona danışır. Belə qərara gəlirlər ki, Rəsul səhərdən qapı-qapı gəzib Şahsənəmi tapsın.

    İkinci pərdə

    Üçüncü şəkil.

    Şahsənəm güllü-çiçəkli bağlarında rəfiqələri ilə deyib-gülüb şənlənir. Nəyin bahasına olursa olsun Şahsənəmi almaq istəyən Şahvələd dostları ilə bura gəlir. Şahsənəm onu rədd edir. Yenə yuxuda gördüyü oğlan yadına düşür. Qızlar gedəndən sonra mahnı səsi eşidilir. Bu, Aşıq Qərib ləqəbilə şəhərə gəlmiş Rəsulun səsidir. Onlar bir-birini tanıyıb görüşürlər.

    Dördüncü şəkil.

    Şahvələdin elçiləri Şahsənəmin atasından razılıq alırlar. Qəribin anası da elçiliyə gəlir. Şahsənəmin atası onlardan başlıq üçün qırx kisə qızıl istəyir. Qərib bu xəbəri eşidib Şahsənəmlə görüşür və o qədər pulu qazanmaq üçün başqa diyara getmək istədiyini söyləyir. Qərib Şahsənəmdən yeddi il onun yolunu gözləməsini xahiş edir.

    Beşinci şəkil.

    İllər keçir. Aşıq Qəribdən heç bir xəbər yoxdur. Şahvələd Güloğlana Qəribi tapmağı və öldürməyi tapşırır. Güloğlan Qəribi tapmır, lakin pullar əldən çıxmasın deyə Şahvələdi aldadır və sübut üçün öz köynəyini qana bulaşdınb ona göstərir. Sonra həmin köynəyi Şahsənəm inansın deyə ona da göstərirlər.

    Ücüncü pərdə

    Altıncı şəkil.

    Aşıq Qərib Ərzrum paşasının sarayında çalıb oxuyur və artıq neçə müddətdir ki, aşıqlıqda şöhrət qazanıb.Şahsənəmin xahişi ilə Qəribi axtaran Mahmud onu sarayda tapır.Hər şeyi olduğu kimi danışır.Əhvalatdan xəbərdar olan Paşa Qəribə qırx kisə qızıl verib onun getməsinə izn verir.

    Yeddinci şəkil.

    Yeddi il keçmişdir.Bu yeddi ildə hər gün Qəribin anası və bacısı kəndin kənarındaki yolun üstündə onun yolunu gözləyirlər.Bu gün də Qəribdən heç bir xəbər bilməyib getmək istəyirlər.Bu zaman tanış bir mahnı eşidilir.Bu Qəribin səsidir.Onlar böyük sevinclə bir-birini tanıyıb görüşürlər.Qərib Şahsənəmin toyunun bu gün olduğunu eşidib ora tələsir.

    Səkkizinci şəkil.

    Şahvələdin toyudur.Onun dostları,Güloğlan başda olmaqla,keyflə məşğuldurlar.Birdən Qəribin səsi eşidilir.Qərib Mahmudla birlikdə içəri girirlər.Özünü itirmiş Şahvələd xəncərini çəkərək onu aldatmış Güloğlanın üstünə atılır,sonra Şahsənəmi Qəribin yanında görüb onun üstünə cumur.Mahmud araya atılaraq,Şahvələdtin qarşısına keçir və Şahsənəmi qoruyur.

    Beləliklə,Qərib ilə Şahsənəmin saf məhəbbəti qalib gəlir.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:20 - Ç., 13 Fev