Bankir adaxlı

Tədbir bitib
Tədbir bitib
  • "Bankir Adaxlı"

    Yaş həddi: 6+

    Müəllif: Emin Sabitoğlu,Tamara Vəliyeva

    Janr: iki hissəli misiqili komediya

    Tamaşanın müddəti: I hissə - 50 dəqiqə

                                    II hissə - 80 dəqiqə

    Quruluşçu rejissor: Faiq Zöhrabov

    Bərpaçi rejissor: Afaq Bəşirqızı (xalq artisti)

    Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)

    Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssamı)

    Quruluşçu baletmeyster: Fərhad Vəliyev

    Xormeyster: Vagif Məstanov (əməkdar artist)

    Konsertmeyster: Fidan Babayeva

    Baş dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

                                                        Rollar və İfaçılar

    Afaq Bəşirqızı (xalq artisti),Fatma Mahmudova (xalq artisti),Çingiz Əhmədov (əməkdar artist),Novruz Qartal (əməkdar artist),Ülviyyə Əliyeva,Gültac Əlili,Gülcahan Salamova,Gülnarə Abdullayeva,Hüseyn Əlili,Gülçöhrə Abdullayeva,Rəsmiyyə Nurməmmədova,Ruslan Mürsəlov,Gülnarə Əzizova,Əliməmməd Novruzov,Möylə Mirzəliyev,Elçin İmanov,Fərid Rzayev,Rəşad Məmmədov,Elməddin Dadaşov,Məhərrəm Qurbanov.

    Müxtəlif teatrlarda lirik-psixoloji dramları oynanılan Tamara Vəliyevanın “Bankir adaxlı” satirik komediyası Azərbaycan Dövlət Musiqili Teatrda öz mövzusuna, toxunduğu problemlərə görə çağdaş sayılır. Hadisələrin dramaturji xətt üzrə inkişafı konfliktin çözələnməsinin bəzən təbii yumorla, bəzən də kəskin sarkazmla verilməsinə şərait yaradır.

    Komediyanın əsas ideyası özünü yaşadığı cəmiyyətin bir fərdi sayan, əslidə isə bu cəmiyyət üçün heç bir faydalı iş görməyən, əsas amalı pul, var-dövlət və yüngül həyat olan, ancaq öz şəxsi mənafeyini düşünən insanların iç üzünü açıb göstərmək və bu qəbildən olanların son aqibətini tamaşaçıların gözü qarşısında sərgiləməkdir. “Bankir adaxlı” komediyasında dramatik xətlər çox olsa da, əsas konflikt eyni amallarla yaşayan iki ailənin timsalında ümumiləşdirilmişdir. Baş verən komik münaqişələrin bir tərəfində alverçi Nisənin, digər tərərfində isə nə işlə məşğul olduğu qaranlıq qalan Atakişinin ailəsi durur.

    Alverçi Nisədən ötrü pul hər şeydən vacibdir. Daş-qaş ticarəti ilə məşğul olan, pula-pul deməyən, amma avtobusdan biletsiz düşüb özünü “əlil” kimi qələmə verən, “pensiya almıram” deyib ağlayan Nisənin qarşısında həlli müşkül olan problem dayanıb: yaşı otuzu haqlayan qızları Məleykə ilə Gülbikəyə varlı adaxlı tapmaq!

    Komediyada əsas süjetlə paralel inkişaf edən köməkçi xətlərdən biri Atakişi obrazı ilə bağlıdır. Vəzifəsi bilinməyən, lakin cangüdənlə gəzib, patron-boss kimi müəyyən ərazilərdən “dolya” yığan, işdüzəldən Atakişinin ailəsində də vəziyyət demək olar ki, eynidir. Müəllif Atakişinin səhərdən axşamadək özü ilə “oynayan” ağılsız həyat yoldaşının və nadan oğlunun çürük mənəviyyatını, xarakterini açmaq üçün maraqlı satirik boyalar və dialoqlar seçmişdir. 

    Tamahkar həmişə nəfsinin qurbanı olur, çox istəyən aza da tamarzı qalır deyirlər və bu əsərin finalında da hər iki ailənin üzvləri  ifşa olunur və qəhrəmanların varlanmaq ümidləri boşa çıxır.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Ünvan
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan
Telefon
(+994 12) 598 49 17
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 22:30 - B., 2 Dek