Boqema

Tədbir bitib
Tədbir bitib
  • "Boqema" (2 pərdəli opera)

    Yaş həddi: 6+

    Kompozitor: Cakomo Puççini

    Libretto müəllifi: C.Cakoza,L.İllika

    Janr: Klassik Opera

    Dil: Italyan

    Tamaşanın müddəti: 2 saat 30 dəqiqə

     

    Tamaşanın dirijoru: Eyyub Quliyev

    Quruluşçu rejissor: Cənnət Səlimova                                      

                                               Operanın qisa məzmunu

    I PƏRDƏ

    Birinci şəkil. Parisin latın məhəlləsində evin çardağı. Şair Rudolf və rəssam Marsel işləməyə cəhd etsələr də, heç bir şey alınmır. Çünki otaq soyuq, dostlar isə acdırlar. Lakin onlar öz çətinliklərinə yumor hissi ilə yanaşıriar. Bu zaman soyuqdan donmuş filosof Kollen, onun ardınca musiqiçi Şonar gəlir. Şonar haradansa bir qədər odun, şərab və ərzaq tapıb gətirmişdir. Canlanmış dostlar kirayə haqqını tələb etməyə gələn ev sahibini şən halda masqaraya qoyaraq yola salır, sonra isə yeməkxanaya yollanırlar. Evdə yalnız Rudolf qalır - o yazdığı məqaləni bitirməlidir. Bu zaman kimsə qapını cəsarətsiz halda döyür. Bu həmin evdə yaşayan Mimidir. O şam yandırmaq üçun kibrit istəməyə gəlmişdir. Gənc oğlan və qız mehribancasına söhbət edirlər. Nəhayət Mimi gedir. Lakin dərhal geri qayıdır, çünki otağının açarını itirmişdir. Açarı axtararkən şam sönür. Rudolfun bu zərif qıza qarşı hüsn - rəğbəti artır. Miminin tənha, sadə həyat tərzi gənc oğlana dərindən təsir edir. O, Mimiyə məhəbbətini etiraf edir və qızdan müsbət cavab alır. Küçədən dostların səsləri eşidilir. Xoşbəxt Mimi və Rudolf onlara qoşulurlar.

    İkinci şəkil. Latın məhəlləsi Milad bayramım qeyd edir. Küçə və meydanlarda qələbəlik hökm sürür. Mimi, Rudolf, Marsel, Şonar və Kollen şən halda zarafatlaşaraq qəhvəxanaya gəlirlər. Ziyafətin ən qızğın vaxtı Marselin rəfiqəsi Müzetta öz qoca və varlı pərəstişkarı Alsendorla məclisə təşrif gətirir. Kasıb, sərsəri həyat keçirən Marselin həyat tərzi Müzettanı cana doyurduğundan o, Marseli atsa da, onu əvvəlki məhəbbətlə sevir. Marsel sevgilisinin xəyanətinə görə ondan hayıf çıxmaq istəyir və ona görə də özünü elə göstərir ki, guya Müzettanı görmür. Bu laqeydlik Müzettanı əsəbiləşdirir, lakin Aisendorun iştirakı mane olur. Nəhayət vəziyyətdən çıxış yolu tapır, o, Alsendoru harasa göndərir və Marseli qucaqlayır. Bu zaman xidmətçi məclisin hesabım gətirir. Şonar qorxu içərisində artıq pulu olmadığım aşkar edir. Lakin Müzetta yenə də çıxış yolu tapır, o xidmətçiyə bildirir kis onun tanışı geri qayıdarkən hesabı ödəyəcəkdir.

    II PƏRDƏ

    Üçüncü şəkil. Parisin ətrafinda yeməkxana. Yeməkxanadan şən səslər, Müzettanın gülüşü eşidilir. Mimi Marsel ilə məsləhətləşmək üçün buraya gəlir. O, Rudolfun öz qısqanclığı ilə onların həyatın dözülməz etdiyindən şikayətlənir. Güclü öskürək Miminin danışmasına mane olur. Rudolfun yaxınlaşdığım görüb o gizlənir. Rudolf əvvəlcə Mimini yüngül xasiyyətlilik və işvəkarlıqda günahlandırır, sonra isə həqiqəti açıb söyləyir: Onun sevgilisi vərəmli xəstədir. Bunu eşidən Mimi hönkürüb ağlayır və Rudolfdan uzaqlaşmaq qərarına gəlir. Sevgililər dərin kədər içində vidalaşırlar.

    Marsel və Müzettanın xoşbəxtliyinin ömrü də uzun sürmür. Onlar arasında mübahisə baş verir və bu münasibətlərin pozulmasına və ayrılığa səbəb olur.

    Dördüncü şəkil. Marsel və Rudolf öz otaqlarındadıriar. İşləməyə cəhd göstərsələr də, heç nə alınmır. Onlar sevgililərinin xiffətini çəkirlər. Gözlənilmədən Müzetta həyəcanlı halda görünür. Onunla birlikdə Mimi də gəlmişdir. Lakin Mimi elə vəziyyətdədir ki, yuxan qaixmağa taqəti yoxdur. Dostlar onu yuxarı qaldırır və yatağa uzadırlar. Otaq olduqca soyuqdur.

    Müzetta Mimi üçün yemək almaq və həkim çağırmaq məqsədilə öz sırğalarını verir. Rudolfdan başqa hamı gedir. Mimi isə xoşbəxtdir: o yenə də sevgilisi ilə birlikdədir və onun xoş sözlərini eşidir. Lakin artıq ömrünün sonudur. Qəfildən boğulmağa başlayır. Rudolfun qışqırığına dostları qaçıb gəlir. Tədricən Mimi sakitləşir. O ölür...

    Lakin onun ölümü son dərəcə xoşbəxt ölümdür. Çünki həyatını dostlarının və sevimli insanın əhatəsində başa vurmuşdur. Bu ölüm yuxuya bənzəyir. O ölümü ilə bir daha təsdiq edir ki, heç bir var-dövlət məhəbbəti, dostluğu və insan münasibətlərinin hərarətini əvəz edə bilməz.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
19:00 - 21:45 - Ş., 18 May