
"Душечка"

"Душечка"
Tədbir haqqında
2025-ci il 30 may – 2 iyun tarixlərində Bakı şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Ümumrusiya qastrol-konsert planına uyğun olaraq, RF Mədəniyyət Nazirliyinin FGBUK ROSKONTSERT təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət “Baltik Evi” Teatr-Festivalının “Böyük Qastrollar”ı keçiriləcək.
"Böyük Qastrollar" proqramının xaricdə keçirilən istiqaməti çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Xəzinə adası”, “Duşeçka” və “Kişilər və qadınlar nədən danışır” tamaşaları təqdim olunacaq.
“Duşeçka” tamaşası (16+)Tamaşa A.P.Çexovun eyniadlı hekayəsinin V. Buqakov tərəfindən səhnələşdirilmiş versiyası əsasında hazırlanmışdır.
Rejissor: Aleksandra Mamkayeva
Səhnə tərtibatı: İrina Birulya
Kostyum üzrə rəssam: Mariya Sediх
Bu tamaşa incə çexov yumoru, musiqi və zərifliklə dolu lirik bir komediyadır. Ah, bu “Duşeçka” nə qədər gözəldir! Gülərüz və sadəlövh Olqa Semyonovna Plemennikovanı görən kişilər “bax buna deyərlər...” deyə düşünür, xanımlar isə söhbət arasında onun əlindən tutub heyranlıqla “Duşeçka!” deyə pıçıldayırdılar.
Cavanlığında Duşeçka fligeldə yaşayan kirayəçi Kukinlə (“mənim Vaniçkam”) evlənərək teatrı sevməyə başladı. Daha sonra qonşu Pustovalovla (“mənim Vasiçkam”) ailə qurdu və ağac sənayesinə maraq göstərdi. Sonra isə Smirninlə (“mənim Volodiçkam”) vətəndaş nikahında yaşamağa başladı və baytarlıq sahəsində onun köməkçisi olmağa hazır idi.
– “Yəqin yelbeyin qadındır”, deyə düşünə bilərsiniz. Amma yox. Duşeçka heç də soyuqqanlı və hesablayan bir qadın deyil. O, sadəcə olaraq daima kimisə sevib və sevgisiz yaşaya bilməyib. Axı sevgi olmadan həyat necə ola bilər?
Rolları ifa edirlər: Viktoriya Zaytseva, Rusiya Federasiyasının Əməkdar Artisti Anatoli Dubanov, Aleksandr Pavelyev, Valeri Solovyov, Arseniy Vorobyov, Aleksandr Plaksin, Yeqor Lesnikov, Sankt-Peterburqun Əməkdar Artisti Natalya Parashkina, Kostya Yonkin.
Tamaşa 2025-ci il 31 may tarixində saat 19:00-da nümayiş olunacaq.


