
ƏSA Teatrı – “AND”

ƏSA Teatrı – “AND”
Tədbir haqqında
COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Məlumat:
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı böyük fransız komediya yazarıMolyerin “Xəsis” əsəri əsasında “And” dramatik-komediyasını təqdim edəcək. Qeyd edək ki, bu tamaşa 2020-ci ildə respublika üzrə yeganə premyera edən səhnə əsəridir. 9 mart tamaşaçılar üçün baş tutacaq nümayiş sayca ikincidir.
Tamaşa haqda məlumat:
Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleantanasıyla kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi maceralarını bilməyən Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır.
ƏSA Teatrının hazırladığı “AND” tamaşasıda isə bugünədək səhnəyə qoyulmuş “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılaraq, baş qəhrəman – Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, insanların şəxsi mənafe naminə qurduqları münasibətlərin ifşası ortaya qoyulub. Tamaşanın sonunda hər kəsin xəsis kimi gördüyü Qarpaqonun illər əvvəl verdiyi andın nə olduğunu bilirik.
Tamaşanın müəllifi və quruluşçu rejissoru:Nihad Qulamzadə
Prodüseri: Nicat Qulam
İşıq rəssamı: BinyaminSailov
Geyim və səhnə tərtibatçısı: Viktoriya Lerman
Fotoqrafı: Famil Mahmudbəylidir
Rollarda
Qarpaqon – Elşən Əsgərov
Portret (onun arvadı) – Səmayə Ağayarova
Kleant – Elsevər Rəhimov
Eliza – Aysel Feziyeva
Valer – İmran Lalayev
Mariana – Cəmilə Məmmədli
Frozina – Könül Şahbazova
Komissar – RafaelŞahbəyli
Jak – Elvin Mirzəyev
Anselm – Orxan Əliyev
Klod – Bəhram Rəhimli
Lafleş – Rəsul Zəkiyev
Simona – Günay Məmmədova
Lamerluş – Fərid Əliyev


