
ƏSA Teatrı – “Çıxış yoxdur”

ƏSA Teatrı – “Çıxış yoxdur”
Tədbir haqqında
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi-dramının nümayişini keçirəcək.
Tamaşa haqda məlumat:
💡Bu tamaşada ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərin hekayəsini izləyəcəksiniz. Onlar bu otaqda varlıq və ya heçlik seçimi etməlidirlər. Otağa birinci gələn Qarsen: pasifist yazıçı idi. Müharibə əleyhinə yazılar yazıb, arvadına sevgilisi vasitəsilə işgəncələr verib. Müharibədən qaçdığına görə güllələnib. Otağın ikinci qonağı İnes: onun kişilərlə arası yoxdur, lezbiyandır. Poçt şirkətində işləyir. Əmisi oğlununun sevgilisinə gözü düşdüyü üçün, onu öldürüb. Nəhayət üçüncü qonaq Estel: o öz uşağını eyvandan atıb.
İndi burada bu günahkarlara bəraət vermək lazımdır. Bacararsınız?
Müəllif: Jan-Pol Sartr
Quruluşçu rejissoru: Nihad Qulamzadə
Prodüseri: Nicat Qulam
İşıq rəssamı: Binyamin Sailov
Müddəti: 1 saat 10 dəqiqə
Janr: Fəlsəfi-dram
Dil: Azərbaycan dili
Rollarda: Elşən Əsgərov, Səmayə Qulamzadə, Lalə Süleymanova, Amin Əsgərov, Elsevər Rəhimli, Aysel Feziyeva, Gülçin Qasımova


