Arzular Bağı

Tədbir haqqında

Tamaşa haqda: Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir. Biz onların gözü ilə uşaqlaşır, böyüyür, maşın alır, evlənir, qocalır və ölürük... Bunlar arzulardadır?

 

Tragikomediya janrında olan tamaşanın premyerası 2013-cü ilin dekabr ayında ADO teatrında olub. Tamaşanın yaranmasının 5 illiyi ilə əlaqədar iki günlük xüsusi nümayiş təqdim edirik.

Müəllifi: Pərviz Bəşərdüst

Rejissoru: İmam Həsənov

Bəstəkarı: Ayaz Qəmbərli

 

Rollarda: Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov

Yaş məhdudiyyəti / Dil

10+
Arzular Bağı Arzular Bağı