• "Jizel" (2 pərdəli balet)

    Yaş həddi: 6+

    Kompozitor: Adolf Adan

    Libretto müəllifi: İ.Qotye,V.Sen-Jorja,J.Koralli

    Tipı: Klassik balet

    Tamaşanın müddəti: 2 saat 30 dəqiqə

     

    Tamaşanın dirijoru: Eyyub Quliyev

    Quruluşçu baletmeyster: Qəmər Almaszadə    

     

    Jizel - Tatyana Qolyakova (Ukrayna Milli Operasının prima-balerinası)

    Qraf Albert - Stanislav Olşanski (Ukrayna beynəlxalq müsabiqələr laureatı)

                                      

                                       BALETİN QİSA MƏZMUNU

    Birinci perdə.Kiçik kənd. Burada sadə, hiylədən uzaq adamlar yaşayırlar. Sadəlövh və təmiz bir qız olan Jizel günəşin çıxmasına, quşların nəğmə oxumasına və hər şeydən daha çox isə həyatım nurlandıran məhəbbətə sevinir. O sevir və sevildiyinə inanır. Ona vurulmuş meşəbəyi isə Jizeli inandırmağa çalışır ki, Albert heç do sadə kəndli olmayıb, əsimdə geyimini dəyişmiş zadəgandır və onu aldadır.

    Meşəbəyi Albertin evinə daxil olur və burada üzərində gerb olan gümüş qılmc tapır, O artıq Albertin öz kübar nəslini gizlətdiyinə qəti əmin olur. Kənddə ovdan qayıdan kübar ağalar böyük və dəbdəbəli dəstənin müşayəti ilə dincəlmək üçün dayanırlar. Kəndlilər onları mehribanlıq və səmimiyyətlə qarşılayırlar.

    Albert pərt olur... Çünki onların arasında nişanlısı Batilda da vardır. Qəzəblənmiş meşəbəyi Albertin qılıncım hamıya göstərir və onu yalan danışmaqda təqsirləndirir. Jizel öz istəklisinin məkrindən son dərəcə mütəssir olmuşdur. Onun arzu və inam dün- yası tamam puç olur. O, əzablar içində ölür.

     

    İkinci perdə. Qəbirlər arasında gecə. “Gözəl villisiər ay işığında rəqs edirlər. Onların rəqs etməsinə ayrılmış vaxtın sonu yaxınlaşdıqca və buz kimi soyuq qəbirlərinə qayıtmaq vaxtın çatdığım hiss etdikdə onlar daha coşğun və ehtiraslı rəqs edirlər”. (Q.Qeync)

    Vicdan əzabı çəkən meşəbəyi Jizelin qəbri üstünə gəlir. Öz qəddar məlakələri Mirtamn əmri ilə villisiər meşəbəyini torpağın üstünə yıxılana kimi ətrafında hərlənirlər.

    Albert həlak olmuş Jizelin unuda bilmir və onun qəbri üstünə gəlir, Villisiər o dəqiqə gənci əhatə edirlər. Meşəbəyinin dəhşətli aqibəti Alberti də gözləyir. Lakin bu zaman Jizelin, xəyalı görünür və onu villislərin qəzəbindən qoruyur. Qızm pak və fədakar məhəbboti Alberti xilas edir.

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
19:00 - 21:45 - Ş., 28 Sen