Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa özündə bir neçə ideyanı ehtiva edir. Belə ki, böyüklərə sayğı, nəsihətlərə əməl etmək, təbiətə sevgi, ailədə birlik kimi vərdişlər aşılayan tamaşa “Sonrakı peşmançılıq fayda verməz” prinsipinə xidmət edir. Tamaşada cərəyan edən hadisələr fonunda uşaqlara istənilən çətin vəziyyətdən çıxmağın yolu kimi böyüklərin nəsihətini yadda saxlamaq və ən ağır məqamlarda belə ağıl ilə gücü birləşdirmək təlqin olunur.