“Unuda Bilmirəm” tamaşası yaşlanmış bir insanın keçmişinə baxışıdır. O, gəncliyini, xatirələrini və etdiyi səhvləri unutmaq istəsə də, hər xatirə yenidən canlanır. Peşmanlıq, sevgi və itirilmiş zamanın acısı iç içə keçir. Tamaşa insanın özü ilə hesablaşmasını və keçmişdən qaçmağın mümkünsüzlüyünü göstərir.
“Məhv olan gəncliyim” monotamaşası ailə və cəmiyyətin laqeyd münasibətindən doğan faciəni əks etdirir. Əsərdə gəncin ən böyük dərdi – sevgi və diqqətsizlik içində məhv olan xəyallarıdır. Tamaşa valideynləri övladlarını dinləməyə, cəmiyyəti isə gənclərin səsinə biganə qalmamağa çağırır.