Traviata

Tədbir haqqında

COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Traviata" (3 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Cüzeppe Verdi

Libretto müəllifi: Francesco Piave

Janr: Klassik Opera

Dil: Italyan

Tamaşanın müddəti: 3 saat

 

Tamaşanın dirijoru: Eyyub Quliyev

Quruluşçu rejissor: Cənnət Səlimova

                                 Operanın qısa məzmunu

                                              I Pərdə

                           Paris, 1840-cı il. Violettamn evində zal.

Violettamn vərəm xəstəliyindən sağalması münasibətilə keçirilən təmtəraqlı bal davam edir. Qastor dostu Alfred Jermonu xəstəliyi müddətində Violettanı hər gün xəbər alan böyük pərəstişkarı kimi ona təqdim edir. Violetta Alfredə təşəkkür edir və öz indiki himayədarı Baron Dyufola irad tutur ki, onun səhhəti ilə maraqlanmayıb. Baron dodaqaltı üzr istədiyini bildirir; sonra isə Violettamn rəfiqəsi Flora Bervuaya şikayət edir ki, bu cavan oğlan onun xoşuna gəlmir. Qaston və Violetta Alfredi qonaqları mahnı ilə əyləndirməyə çağırır və o, məşhur bir içki məclisi mahnısını oxuyur.

Violetta hamını rəqs zalına dəvət edir, lakin özü arxaya çəkilir və birdən özünü pis hiss edir. Tək olduğunu zənn edərək güzgüyə baxır və sifətinin saraldığını görür. Alfred özünü itirmiş halda onu izləyir. O deyir: «Yaşadığın bu həyat səni məhv edəcək» və onu daha sadə həyat keçirməyə çağırır və hisslərini ona bildirir. Violetta cavab verir ki, ona dostluqdan başqa heç nə təklif edə bilməz və o, məhəbbəti hardasa başqa yerdə axtarmalıdır, bununla belə onun səmimiyyətindən çox mütəəssir olmuşdur.Violetta ona bir gül verir və deyir ki, nə vaxt bu gül solarsa, onun yanına qayıtsın. Alfred ümidlə soruşur: «Sabah?» O cavab verir: «Çox gözəl. Sabah.»

Qonaqlar çıxıb gedirlər. Dəbdəbəli zalda tənha qalan Violetta fikrə gedir. Onun Alfredin təklif etdiyi sevgidən ümidini çoxdan itirdiyinə baxmayaraq, gizlincə arzuladığı adam bəlkə də elə odur. O bu fikrini gözəl bir ariya ilə ifa edir və özünü inandırmağa çalışır ki, onun həyatı daha çox sərbəstlik və əyləncə üçün yaranmışdır, lakin pəncərə arxasından Alfredin oxuduğu serenada səsi onu bu düşüncələrdən ayırır.

                                           II Pərdə

                       Violettamn şəhərətrafı evi. Üç aydan sonra.

Evdə tək qalan Alfred Violetta ilə necə xoşbəxt yaşadığı haqqında düşünür.Xidmətçi Anina içəri daxil olur və bildirir ki, o, sahibəsi Violettamn tapşırığı ilə Parisə gedərək onun qiymətli əşyalarını satmışdır. Onların çətin maddi vəziyyətə düşdüyünü görüb heyrətlənən Alfred Violettamn satdığı şeyləri alıb geri qaytarmaq və öz pulu ilə onun borclarını ödəmək üçün yola düşür.

Alfredin atası Jorj Jermon oğlunu müflis olmağa doğru apardığına görə Violettanı günahlandırmaq üçün onun evinə gəlir. Əslində məşuqlarını Violettamn saxladığını biləndə o çox təəccüblənir ve onun şəxsi ləyaqət hissindən heyrətə gəlir. Jermon bildirir ki, onun qızının ərə getmək perspektivi Alfredin bu kurtizan qadınla olan əlaqəsinə görə təhlükə altındadır. Violetta Alfredin bacısı ərə gedənə qədər ondan ayn yaşamağa razılıq verir. Jermon təkid edir ki, bu kifayət deyildir, onların əlaqəsi həmişəlik kəsilməlidir.Çox məyus olan Violetta ona yalvanr ki, fikrini dəyişdirsin. Violetta bildirir ki, o, ciddi xəstədir, əgər Alfred ondan ayrılsa, onun yaşamasının heç bir mənası yoxdur.Qoca onu sakitləşdirməyə çalışır və inandırmaq istəyir ki, o hələ cavan və gözəldir, özünə tezliklə başqa bir sevgili tapa biləcəkdir. Violetta ondan sakit olmağı xahiş edir.Lakin o sözünə davam edir və deyir ki, Alfredin ona qarşı olan hissləri müvəqqətidir və onun ailəsinin nüfuzu və gələcək səadəti naminə Alfred ilə münasibətinə son qoymalıdır.

Əzab içində olan Violetta Jermonun xahişi ilə razılaşır və ümid edir ki, sevgisini bu cür qurban verməklə öz günahlarını yuya biləcəkdir. O, Jermondan xahiş edir ki, onun bu xeyirxah hərəkəti haqqında öz qızına danışsın. Violettamn hisslərinin nə qədər güclü olduğunu Jermon yalnız indi dərk etməyə başlayır, buna baxmayaraq təklif edir ki, Violetta sadəcə olaraq Alfredə onu artıq sevmədiyini desin. Alfredin buna heç vaxt inanmayacağım bilən Violetta qərara alır ki, onu tərk etməlidir. O, Jermona yalvanr ki, öləndən sonra onun məhəbbətini qurban verməsi haqqında Alfredə həqiqəti açıb desin ki, Alfred onun xatirəsini lənətləməsin. Bundan mütəəssir olan Jermon çıxıb gedir.

Violetta Alfredə məktub yazmağa başlayır, lakin atasının gəlməsi xəbərini bildirmək üçün qayıdan Alfredə görə onu yanmçıq qoyur. Alfred Violettaya deyir: «Atam səni görən kimi sevəcəkdir» Violettamn ürəyi parçalanır, o, Alfreddon onu həqiqətən sevdiyini dönə-dönə soruşur, ona sadiq qalması üçün ehtirasla yalvarır və qaçıb evə girir.

Bundan həm xoşhal olan, həm də təəccüblənən Alfred atasının gəlişini gözləyir, lakin xidmətçi Violettamn yazdığı məktubu ona verdikdə böyük təlaş keçirir. O, məktubu oxuyarkən Violettamn onu tərk etdiyini başa düşür və qışqırır, bu zaman atası daxil olur və onu sakitləşdirir. Jermon ata Alfredi Provansa, öz evinə getməyə çağırır, onun oğlu isə Violettanı tapmaq əzmindədir. Floranın evində keçiriləcək ziyafət üçün verilmiş dəvətnaməni görən Alfred güman edir ki, Violetta orada olacaq və dayanmadan şəhərə yola düşür.

                                                  III Pərdə

                                       Həmin gecə Floranın evində.

Floranın evində keçirilən bal-maskaradın qızğın vaxtıdır. Markiz D'Obini hamını belə bir xəbərlə təəccübləndirir ki, Alfred və Violetta ayrılmışlar və Violetta ziyafətə Baron Dyufolla gələcəkdir. Qaraçı və matador paltarı geyinmiş dostlar qonaqları əyləndirirlər.

Alfred daxil olub deyir ki, o, Violetta haqqında heç nə bilmir və özünü laqeyd göstərməyə çalışır. Bundan çox keçməmiş Violetta Dyufolla qolbaqol halda içəri girir. Alfred kart oynayanlara qoşulur, çəkinmədən qumar oynayır və deyir ki, məhəbbətdə bəxti gətirməyənlərin çox vaxt qumarda bəxtləri gətirir. Bunu eşidən Violetta ziyafətə gəldiyinə peşiman olur. Alfred oyunu udur, nahar verildiyi üçün oyun dayandırılır

Violetta Baronun onunla üz-üzə gəlməsinə qədər Alfredə çıxıb getməsi haqqında xəbərdarlıq etmək üçün arxaya keçir. Alfred təkid edir ki, Violetta onunla kəndə qayıtmalıdır. Lakin Violetta Alfredi həmişəlik tərk etməyə söz verdiyini deyir. Bu vədin onun tərəfindən Dyufola verildiyini fikirləşən Alfred həqiqətənmi Baronu sevdiyini Violettadan soruşur. Alffedm ona olan hisslərini məhv etmək məqsədilə o, "bəli" cavabı verərək yalan danışır. Qəzəblənmiş cavan qonaqlan bir yerə yığıb deyir ki, Violetta onunla birlikdə yaşamaq üçün bütün pullarını xərcləyib qurtarmışdır.Qumarda udduğu pulları Violettanm ayaqlan altına ataraq o, hammı pulları ona qaytarmasına şahid olmağa çağırır. Violetta özündən gedib Floranın qolları arasına yıxılır və qorxuya düşmüş qonaqlar Alfreddən çıxıb getməyi tələb edirlər.

İçəri yenicə daxil olan Joıj Jermon oğlunun bu biabırçı hərəkətini pisləyir, Alfred peşmançılıq hissi keçirir. Violetta özünə gəlir, hamı onu sakitləşdirməyə çalışdığı halda o belə deyir: «Alfred, sən mənim ürəyimdə olan məhəbbətimi başa düşə bilməzsən». Baron irəli çıxır və Alfredi duelə çağmr.

                                            IVPərdə

                    Violettanm yataq otağı. Bir neçə aydan sonra.

Demək olar ki, yanboş bir yataq otağı. Violetta can verir. Həkim Qrenvil gəlir və ondan özünü necə hiss etdiyini soruşur. Violetta cavab verir ki, keşiş onun tövbəsini eşidib və indi o rahatdır. Həkim onu inandırmağa çalışır, lakin çıxıb getdiyi vaxt Aninaya pıçıldayır ki, Violettanm bir neçə saat ömrü qalıb. Violetta Aninaya tapşırır ki, onun qalan pullarının bir hissəsini yoxsullara versin, qulluqçunu poçt üçün göndərir və xalatmın cibindən bir daha oxumaq üçün bir məktub çıxarır.

Joıj Jermonun göndərdiyi məktubda yazılır ki, Jermon öz oğluna Violettanm məhəbbətini qurban verdiyini bildirib və Alfred ondan üzr istəmək üçün yanma tələsir. O, Dyufolu dueldə yaraladıqdan sonra Parisi tərk etməli olub, indi isə Baron artıq sağaldığı üçün o, geri qayıda bilər. Violetta öz xəyalında Alfred ilə tapdığı səadətlə vidalaşır.

Anina qayıdaraq Violettaya deyir ki, onun yanma gələn var və yalvarır ki, həyəcanlanmasın. Alfred içəri daxil olur, heyrət içində olan Violettanı qucağına alır və and içir ki, onlar bir daha ayrılmayacaqlar. Sevgililər əhd edirlər ki, onlar Parisdən çıxıb gedəcək və itirdikləri vaxtın əvəzini çıxacaqlar. Sonsuz dərəcədə xoşbəxt olan Violetta Aninadan onu geyindirməyi xahiş edir ki, onlar kəbin kəsdirməyə gedə bilsinlər. Lakin o, çox zəif olduğuna görə ayağa qalxa bilmir. Alfred onu sakitləşdirməyə çalışır, bu zaman həkim Joıj Jermonla geri qayıdır. Alfredin atası Violettanm necə ciddi xəstə olduğunu başa düşüb onu qucaqlayır və böyük peşmançılıq keçirir.

Violetta içərisində öz şəkli olan medalyonu Alfredə bağışlayır və deyir ki, o, başqa bir məhəbbət tapacaq və onunla evlənəcəkdir. Alfred buna dözə və həyatını Violettasız təsəvvür edə bilmir. Birdən can verən qadının gücü özünə qayıdır, o sanki tamamilə sağalmış kimi ayağa qalxır ve elə o saat onun cansız bədəni döşəməyə yıxılır. Hami dəhşət içində bir-birinə baxır.

Yaş məhdudiyyəti / Dil

6+
Traviata Traviata