"İtki"

"İtki"
20 noyabr 2023 - 18:00
10+

"İtki"
20 noyabr 2023 - 18:00
10+
Tədbir haqqında
Azərbaycan Dövlət Kukla Teatrının “İtki” tamaşası uşaqlar, onlara ailələrin sevgi və diqqətindən bəhs edir. Pantomima tamaşamızın qəhrəmanı ətrafının diqqətindən kənarda qalan balaca oğlandır. Valideynlərinin ondan daha çox mobil oyunlarda, smartfonlar vasitəsilə sosial şəbəkələrdə vaxt keçirmələri, övladlarına ayıracaq zamanı qlobal virtual əyləncəyə fəda etmələri sonda ağır fəsada gətirib çıxarır.
10+ yaş qrupundakı tamaşaçı auditoriyası üçün nəzərdə tutulan səhnə işi “qara kabinet” üslubundadır. Quruluş heyəti bu vasitə ilə tamaşaçının diqqətini minimalist məkanda bəşəri problemlərə çəkməyə, onları daha böyük və real düşünməyə səsləyirlər.


