Nəsimi

Tədbir haqqında

 Fikrət Əmirov

 

«NƏSİMİ»

  (bir pərdəli balet)

 

Libretto müəllifi  - Əjdər Ulduzdur

 

Quruluşçu baletmeyster

 

 

KAMİLLA HÜSEYNOVA

Хаlq artisti, "Zirvə", "Qızıl Dərviş" və "Humay" milli mükafatları laureatı

 

 

 

Tamaşanın musiqi rəhbəri və dirijoru

 

YALÇIN  ADIGÖZƏLOV

Xalq artisti, professor

 

Quruluşçu rəssam

 

NÜSRƏT  HACIYEV

Əməkdar  rəssam

 

Kostyumlar üzrə rəssam

 

RAFİZ  İSMAYILOV

Xalq rəssamı, Dövlət mükafatı laureatı

 

 

 

 

Baletin qısa məzmunu

 

Birinci şəkil - Sufinin gəncliyi. Gənc Nəsimi müdrik sufi Nəiminin rəhbərliyi altında Şamaxıda bir mədrəsədə tərbiyə alır. Müəllimi Nəimi gəncə kainatın  yaranmasının sirlərini açır və sufilik təlimini öyrədir. Nəsimi təbiət hadisələri və onların Kainatda daimi hərəkətinin mənasını dərk edir. O bu sirləri bütün insanlara açmağı qərara alır. Nəimi gəncə bu sirlərin tiranlara açılmasının təhlükəli olduğunu izah etməyə çalışır. Buna baxmayaraq Nəsimi öz məsləkdaşlarını "Həqiqət" sözünü  yaymaq üçün dünyanın dörd bir tərəfinə yollayır.

Xəlifənin döyüşçüləri mədrəsəyə soxularaq sufiləri küfr etdiklərinə görə öldürürlər. Bu zaman Nəimi də həlak olur. Nəsimi mədrəsəyə qayıdarkən onun yerində kül yığını və həlak olan məsləkdaşlarının meyitlərini aşkar edir. And içir ki, artıq heç bir qüvvə onun qarşısında dura bilməyəcək və o insanlara sülh, əmin-amanlıq və həqiqəti çatdıracaqdır.

İkinci şəkil - Sufinin səyahətləri. Nəsimi müharibələrə bürünmüş Şərqi - qədim Azərbaycanı, İran və ərəb ölkələrini gəzib dolaşır, düşmənçilik edənləri sülhə çağırır və insanları maarifləndirir. Onun tərəfdarlarının sayı artır. Səyahət zamanı o sonradan həyat quracağı qadınla qarşılaşır. Onlar evlənirlər və bir qızları dünyaya gəlir. İnsanların hörmət etdiyi şair və filosof Aleppoda öz məktəbini yaradır.

Üçüncü şəkil - Sufinin edamı. Misir sultanı Nəsiminin öz təlimini insanlar arasında yaymasından narahatdır. Artıq insanlar arasında əlinə silah alıb tiran və hökmdarların apardığı ədalətsiz müharibələrdə iştirak etmək istəyənlərin sayı azalmaqdadır. Sultan özünə sədaqətli olan əsgərləri Nəsiminin məktəbini ələ keçirmək və onu öz məsləyindən əl çəkməyə məcbur etmək üçün göndərir.

Sultanın döyüşçüləri Nəsiminin məktəbinə hücum edərək, onun şagirdlərini dünya fəlsəfəsindən əl çəkməyə və əllərinə qılınc alaraq sultanın ordusuna qoşulmağa çağırırlar. Lakin Nəsiminin şagirdləri əsgərlərin tələbini yerinə yetirməkdən imtina edirlər. Əsgərlər Nəsiminin tərəfdarlarını öldürür, arvadı və qızını əsir alaraq onları da öldürməklə hədələyir, Nəsimini təslim olmağa məcbur etmək istəyirlər. Çıxılmaz vəziyyətə düşən Nəsimi qan tökülməsinin qarşısını almaq üçün sufilərin mistik qüvvəsinə müraciət edə bilmir və qan tökülməsinin qarşısını almaq üçün özünü qurban verərək ailəsini və şagirdlərini xilas edir.

Yaş məhdudiyyəti / Dil

6+
Nəsimi Nəsimi