
Nizami

Nizami
Tədbir haqqında
COVİD-19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
2 pərdəli balet
Fikrət Əmirov
«NİZAMİ»
(baletə qısa annotasiya)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilmişdir. Bu mühüm hadisə ilə əlaqədar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı "Nizami" baletinin quruluşunu həyata keçirib. Tamaşa dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşa Teatrın dahi Nizaminin poetik sənətinin valehedici inciləri, onun çox şaxəli , mistik, cazibədar dünyası ilə əlaqə yaratmaq üçün bir təşəbbüsüdür.
Balet xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmişdir. Tamaşada böyük şairin həyatının üç məqamı təsvir olunmuşdur.
Birinci məqam. Şair və hakimiyyət.
İkinci məqam. Şair və Məhəbbət.
Üçüncü məqam. Şair və ilham pərisi.
Nizami poeziyasının real və xəyali aləmi bu tamaşada vəhdət təşkil edir. "Zaman axını" böyük ustadın yaradıcılığının "Sirlər xəzinəsi"nin parlaq irsini açıb göstərir, sonradan "Əbədiyyət"ə (şairin ölümsüzlüyü) çevrilmək üçün "Tarixin səhifələri"nin (onun poemalarının canlanan qəhrəmanları) zamanı gəlir. Məşhur "Xəmsə"də vəsf etdiyi qəhrəmanlar onun gözləri qarşısından cərgə ilə ötüb keçir. Ölməz poemaların qəhrəmanları - Leyli və Məcnun, Xosrov və Şirin, Bəhram və Yeddi gözəl, İsgəndər... rəqslərdə canlanırlar. Nə qədər ki, Yer üzərində məhəbbət, sədaqət, inam mövcuddur, nə qədər ki böyük Nizaminin poeziyası yaşayır, onun yaratdığı qəhrəmanlar da əbədi yaşayacaq və var olacaqlar!
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün bu tamaşa həm də ona görə dəyərlidir ki, "Nizami" bəstəkar Fikrət Əmirovun qələmə aldığı son əsəridir (1984, yanvar).
Nizami Gəncəvinin dahiliyivə Fikrət Əmirovun əziz xatirəsi qarşısında baş əyərək Teatr böyük ehtiram və həyəcanla tamaşanı baletsevərlərin mühakiməsinə təqdim edir.
İştirak edirlər:
Nizami
Gülağası MİRZƏYEV
Xalq artisti
Gənc Nizami
Anar MİKAYILOV
Afaq
Nigar İBRAHİMOVA
Əməkdar artist
Şah
Faiq QUBATOV
Hərəmxanada rəqs
Nigar ƏLİYEVA
Dilarə MEHDİYEVA
Tovuz quşu
Elmira SÜLEYMANOVA
Əməkdar artist
Şahin quşu
Ayan EYVAZOVA
Balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc
mükafatının qalibi (Almaniya)
Xosrov
Edvard ARAZOV
Şirin
Fatimə XƏLƏFOVA
Fərhad
Timur ODUŞEV
Balet artistlərinin Q.Almaszadə adına I beynəlxalq müsabiqəsinin I mükafatının sahibi
Leyli
Dinara ŞİRİNOVA
Məcnun
İntiqam MƏMMƏDOV
Bəhram
Seymur QƏDİYEV
Əjdaha
Samir SƏMƏDOV
Əməkdar artist
Vəzir
Mehman MƏRDANOV
Gözəllər
Dilarə MEHDİYEVA
Əsmər MƏNSİMOVA
Nigar ƏLİYEVA
Səbinə HACIDADAŞ
Liana MİRABDULLAYEVA
Liana PRAQA
Samirə MƏMMƏDOVA
İsgəndər
Makar FERŞTANDT Əməkdar artist
Nüşabə
Cəmilə KƏRİMOVA
Əməkdar artist, Balet artistlərinin Q.Almaszadə adına I beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və "Humay" milli mükafatının laureatı


