• “Stanislavski Elektroteatrı”nın qastrolları çərçivəsində, Bakıda ilk dəfə Yelena Morozovanın səhnələşdirdiyi «Puşkin + “YevgeniOnegin”» tamaşası təqdim olunacaq.

    Öz monotamaşasında, Yelena Morozova Puşkinin “Yevgeni Onegin” əsərinin bütün qəhramanlarını canlandırır və hamısının adından danışır. Üslub və texnikaları ustalıqla dəyişərək, o, “rus həyatının ensiklopediyası”nın məğzini dəqiqliklə çatdırır. Qayğısız yuxarı təbəqə qadınlar, vacib generallar, aşiq olmuş Tatyana və baş qəhramanın özü qarşımızda sanki həqiqətən canlanırlar: Yelena Morozova, ən yaxşı müasir “oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıq, rahatlıq və ilhamla gəlir. Puşkinin poemasının dəyişkənliyi, onun xəyali oxucu ilə eyni zamanda həm yüngül, həm də ciddi danışıq tərzi, aktrisanın yüksək texniki qabiliyyəti və istedadı hesabına, yeni kəşflər dolu, tamamlanmış teatral süjet kimi formalaşır. Puşkini “yeni qulaqla” eşitmək təəssüratı yaranır.

    A.S. Puşkinin “Yevgeni Onegin” romanı əsasında

    İdeya müəllifi rejissor: Yelena Morozova
    Rejissor assistenti: Maksim Mışanski

    Tamaşanın müddəti: 1 saat 15 dəq.
    Tamaşanın dili: rus
    Yaş həddi: 12+

    Foto: Olimpiya Orlova-Vilberq
    Afişa dizaynı: Ruslan Abbasov

Keçirilmə məkanı

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu

Ünvan
Şəmsi Bədəlbəyli 98, Bakı, Azərbaycan
Telefon
(+994 12)493 74 67
Faydalı məlumat
Yaş həddi:
12+ yaşdan
Dil:
Русский
Tədbirin davam etmə müddəti:
19:00 - 20:15 - Ş., 7 Dek