Qaratoxmaq qadın

Tədbir haqqında

Qaratoxmaq qadın”nın  sirri açılacaqmı?

Mart ayının 8, 11 tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Aka­de­miyasının Şövkət Məmmədova adına Opera Studiyasının yaradıcı komandası böyük məsuliyyət və həyəcanla öz növbəti yeni genişmiqyaslı layihəsini – dahi rus bəstəkarı Pyotr İliç Çaykovskinin ən məşhur və sirli operalarından olan “Qaratoxmaq qadın”nın premyerasını – təqdim edəcək.    Məşhur italyan bəstəkarı V.Bellininın “Norma” operasının möhtəşəm  səhnə qoyuluşundan sonra  BMA-nın Opera studiyası opera janrının  ən yaxşı nümunələrinin daha da populyarlaşmasına öz töhfəsini verməyə çalışaraq, bu dəfə  rus klassikasına müraciət edir.

Biz A.S.Puşkinin “Qaratoxmaq qadın”  povestinə əsasən  yazılmış P.İ.Çay­kov­­ski­nin operasında (librettosu M.İ.Çaykovskinindir) insan mübtəlalığı  mövzusunu araşdırırıq. Kiçik əhəmiyyətsiz bir detalın,  sözarası deyilmiş  frazanın xəstə şüurda necə genişlənə bilməsini və  insanın bütün fikir və arzularını özünə tabe edə bilməsini izləmək bizə  maraqlıdır. Necə bu düşkünlük addımbaaddım onu və onun yaxınlarlarını uçuruma itələyir.

Operanın səhnəyə qoyulması üçün Bakı Musiqi Akademiyasının rəhbərliyi tərə­findən opera rejissorlarının Beynəlxalq müsabiqələrinin laureatı gənc rejissor Aleksey Smirnovu (Moskva, RUSİYA) dəvət edilmişdir. Operanın quruluşçu dirijoru  Opera studiyasının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Azərbaycan Respublikasının Xalq artisti  Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə  Yelena Bodrovadur (Moskva, Rusiya).

Tamaşada Opera studiyasının solistləri, dəvət edilmiş solistlər, həmçinin solo oxuma  kafedrasının premyera nümayişlərində səhnəyə çıxış opera səhnəsində onlar üçün debüt olacaq tələbələri çıxış edirlər. Tamaşada həmçinin Opera studiyasının xoru tələbə xoruyla birgə və eyni zamanda  Xoreoqrafiya Akademiyasının tələbələri də iştirak edirlər.

Tamaşada rolları ifa edirlər:

German – Adil Axundov, Liza – Fəridə Məmmədova, Qrafinya – Səbinə Əsədova, Tomskiy – Anton Ferştandt, Yeletskiy – Mahir Tağızadə, Polina – Yuliya Beybudova / Elmina Həsənova, Çekalinskiy – Rauf Babayev, Surin – Elçin Əhədzadə, Prilepa (Maşa) – Təhminə Vəkilova / Nadejda Meyer, Mürəbbiyə – Yelena Sarafanova / Yekaterina İsayeva, Çaplitskiy – Fəhmin Əhmədli / Rəhman Qarayev, Narumov – Ruslan Persan / Elyar Əliyev.

Biz ümid edirik ki, “Qaratoxmaq qadın”-nın Premyerası  bütün qadınlara 8 Mart  gününə çox gözəl hədiyyə olacaq! Sizi BMA-nın Opera studiyasında gözlə­yi­rik, bizim əziz dinləyicilərimiz! Tamaşa saat 19.00 başlanır.

Yaş məhdudiyyəti / Dil

+6
Qaratoxmaq qadın Qaratoxmaq qadın