Qoyya

Tədbir haqqında

COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Qoyya" (1 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Qara Qarayev, Fərəc Qarayev

Libretto müəllifi: Yana Temiz

Tipı: Klassik opera

Tamaşanın müddəti: 40 dəqiqə

 

Tamaşanın dirijoru: Əyyub Quliyev (əməkdar artist)

Quruluşçu baletmeyster: Vasili Medvedyev (Russiya)

                                            Baletin qısa məzmunu

Qoyya həyatının sonunda.

O tənha və xəstədir, demək olar ki, eşitmə qabiliyyətini tamamilə itirmişdir. Gözünün qarşısında xəyallar canlanır - keçmişinə aid personajlar qəribə fiqur-simvollara çevrilir, yaradıcılığına məxsus mövzular və bütün həyatı boyu ona əzab verən obrazlar isə əksinə insan cildində görünür. Qəribə yarıyuxulu və yarıoyaq vəziyyətlər - xatirə və düşüncələr, sevdiyi insanlar və təsadüfi yolçular, məşhur əsərlər və "Kapriços"dan dəhşətlər... Uzun, hadisələr və ehtiraslarla zəngin ömür sürən və artıq həyatla vidalaşmaqda olan rəssamın daxili dünyası belədir. Onun yuxuları və xəyalları - retrospektivdir, pilləkəndir və bu pilləkənlə biz onunla pillə - pillə aşağı enir və keçmişini vərəqləyirik.

Birinci xəyal

Qoyyanın fantaziyası əsasında yaranmış xəyali obrazlar, qarabasmalar arasında onun keçmişinə aid əsas simalar: İnkvizitor, Kaetana Alba və Kraliça - Tale, Eşq və Hakimiyyət də vardır. Kaetana Albanın müəmmalı ölümü rəssama qətl kimi görünür. Taleyin hökmü ilə o rəsmlərində əbədi həyat bəxş etdiyi varlığı itirir. Ehtiras və ölüm rəmzi olan qırmızı rəngli yaylığı da rəssam öz tablosunda təsvir etmişdi... "ilahi! onunla axirətdə görüşmək üçün mənə də ölüm ver!..” Qoyya onu uzun illər əvvəl olduğu kimi - gənc və gözəl olaraq xatırlayır.

İkinci xəyal

Madriddə küçə. Xalq rəqs edir.

Aristokrat Kaetana Alba şəhərdə gəzməyi xoşlayır. O gah örtüklə, gah da o zamankı qaydaları pozaraq örtüyü olmadan insanlar arasında dolaşır. Sadə insanlar onu tanıyır, onu nəvazişlə ‘bizim Alba’ adlandırır onun gözəlliyi və cəsarətinə heyranlıqlarını bildirirlər. Qoyya da onu belə görür - o parlaq, işıqlı, həyatsevər dünyanın bir hissəsidir. İstedadının gücü sayəsində yaratdığı rəsmlər, məşhur "Çətir" tablosu kimi, qorunub yaşamaqdadır.

Üçüncü xəyal

Qoyya emalatxanada Albanın rəsmini çəkir. Məhəbbət və ilhamın, istedad və gözəlliyin vəhdəti - "Маха geyimdə" və "Çılpaq Маха" kimi məşhur portretlər belə yaranmışdı. Şıltaq model poza verməkdən yorulur - lakin məhəbbət səhnəsi uzun sürmür: rəssam hisslərinə qalib gəlir və model yenidən ona tabe olur.

Dördüncü xəyal

Kraliçanın evində bal.

Qoyyanın bu ağıllı və hökmlü qadınla görüşü onun Kaetana Albaya yasaq eşqi qədər əhəmiyyətlidir. Onlar rəqibdirlər və bütün ömürləri boyu - Madriddə və bütün dünyada, rəqsdə və həyatda, ən əsası isə Qoyyanın qəlbində birinci olmaq uğrunda mübarizə aparacaqlar. Kim qalib gələcək?

Beşinci xəyai

Sənətkarın tənhalığı onda xatirə oyadır- yaradıcılığı və yaratdığı əsərlər haqqında monoloq.

Altıncı xəyal

Yenidən xəyal və qarabasmalar - onun güclü fantaziyalarının əksi və məhsulu görünür. Öz yaratdıqlarından əziyyət çəkmək - ziddiyyətli xarakterə malik rəssamın acı taleyi belədir. Xəyallar və qarabasmalar yenə də rəssamın üzərinə hücum çəkir - o isə inadla onları öz rəsmlərinə köçürür: gözəllər və çirkinlər, qocalar və uşaqlar, yoxsullar və krallar... Və öz ənənəvi görkəmində - başında şlyapa şamlarla molbert qarşısında, iş başında - Qoyya əbədi olaraq xatirələrdə belə qalacaqdır.

Yaş məhdudiyyəti / Dil

6+
Qoyya Qoyya