"Turp"

"Turp"
2 dekabr 2023 - 16:00
5+

"Turp"
2 dekabr 2023 - 16:00
5+
Tədbir haqqında
Rus xalq nağılında yazılan bu sadə hekayə hələ də öz sehrini qorumaqdadır. Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macəraları illərdir ki, uşaqdan böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.
Uşaqları zəhmətsevərlik, güc birliyi və bütün bunların fonunda möcüzələrə təbəssümlə inanmağa səsləyən sevimli və yekə “Turp”un Kukla Teatrındakı səhnə həlli də maraqlı və baxımlıdır.Təbii ki, bunun da əsas səbəbi qısa nağıla tam yeni səhnələşdirmədə usta rejissor yozumudur.
Musiqi həlli, rəssam işi baxımından da uğurlu kollektiv əməyin bəhrəsi olan “Turp” uşaqların sevərək izlədiyi, maraqla yolunu gözlədikləri tamaşalardandır.


