
Pinokkionun sərgüzəştləri

Pinokkionun sərgüzəştləri
Tədbir haqqında
İllərdir teatrın repertuarında olan tamaşa Karlo Kollodinin bütün dünyada məşhur əsəri əsasında səhnələşdirilib. Səhnə əsərində ilk nəzərə çarpan dekorasiyanın rəngarəngliyi, xoş enerji ötürən rəng uyumudur. Kiçik pərdə açılır və bu məkan gah Pinokkionun evi, gah da marionet teatrı olur. Tamaşanın müəllifləri nağılın bütün süjetini yox, bəzi əsas məqamları seçib səhnəyə gətiriblər. Usta Ceppeto taxtadan kukla düzəldir və onu Pinokkio adlandırır. Tamaşanın əsas personajlarından olan Pişik və Tülkü Pinokkionu - bu taxta adamcığazı marionet teatrına aparmaq istəyirlər. Pinokkio razılaşır və teatrda Qala adlı bir marionet kukla ilə tanış olur. Hadisələr bundan sonra daha da maraqlı olur. Pinokkio Tülkü və Pişiyi aldadıb marionet teatrından qaçır. Uşaq nağılı üçün vacib bir cəhət də unudulmayıb - sehr. Pinokkio sehrli çubuqla canlanır, sehrli çubuqla xəstəlikdən sağalır. Musiqi və mahnı parçaları dinamikliyi artırır və uşaqların bu sahədə qavrayışlarını itiləşdirir.


