
Dorian Greyin portreti

Dorian Greyin portreti
Tədbir haqqında
Müəllif: Oscar Wilde
Janr: Psixoloji dram
Quruluşçu rejissor: Cavid Cavadzadə
Mövzu : Dorian Grey rəssam Bezil Holluordla tanış olur.İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və rəssam onun bir neçə portretini çəkir.Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bezil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatlığını dilə gətirir. Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bezil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir. Dorian isə portretinin özündən fərqli olaraq həmişə gənc və yaraşıqlı qalacağını düşündükcə ona ikrah duymağa başlayır və portreti gizlədir. Ancaq hadisələr başqa yöndə davam edir.


