
Qaratoxmaq qadın

Qaratoxmaq qadın
Tədbir haqqında
P.İ.Çaykovski “Qaratoxmaq qadın”
Pyotr Çaykovski “Qaratoxmaq qadın” operasını A.S.Puşkinin eyni adlı povestinin motivləri əsasında yazmışdır. Bəstəkar opera üzərində işə 19 fevral 1890-cı ildə Florensiyada olarkən başlamışdı. Bəstəkarın öz sözləri ilə desək üzərində “fədakarlıq və zövq alaraq çalışdığı” musiqi əsəri qısa müddət ərzində - cəmi 44 günə yaranmışdı. Tamaşanın premyerası 7 delabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski adına teatrında baş tutmuş və çox böyük uğur qazanmışdı.
Operanın populyarlığına səbəb təkcə onun fabulasının maraqlı olması ilə deyil, həm də XIX yüzilliyin əvvəllərində Peterburq cəmiyyətindəki tip və adət-ənənələrin realist boyalarla ək olunması idi.
Operanın librettosu bəstəkarın qardaşı M.İ.Çaykovski tərəfindən yazılmış və librettoda Puşkinin povestinin məzmunu bir çox cəhətdən yeni yozumda təsvir olunmuşdu. Puşkinin yaratdığı German – soyuq, öz xeyrini güdən eqoist, yalnız varlanmaq həvəsi ilə alışıb yanan bir surətdir. Çaykovskinin yaratdığı qəhrəman isə alovlu təxəyyülü və güclü ehtirasları ilə diqqəti cəlb edir. Qəhrəmanların ictimai vəziyyətindəki fərqlilik operada sosial bərabərsizlik mövzusunu gətirmişdir. Burada pulun amansız hakimiyyətinə tabe olan insanların cəmiyyətdəki taleyi yüksək faciəvi pafosla təsvir edilmişdir.
German – bu cəmiyyətin qurbanıdır, varlanmaq həvəsi hiss olunmadan onun həyatının mənasına çevrilir və Lizaya olan hisslərini belə üstələyir, nəhayət onun ölümünə gətirib çıxarır.
“Qaratoxmaq qadın” operası dünya realist sənətinin ən möhtəşəm əsərlərindən biridir. Çaykovskinin üslubuna məxsus xarakterik xüsusiyyətlər bu əsərdə özünün tam və mütləq ifadəsini tapmışdır.
Tamaşanın musiqi rəhbəri və dirijoru
Əyyub QULİYEV Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı
Quruluşçu rejissor
Aleksey SMİRNOV Həştərxan Dövlət Opera Teatrı və Balet Teatrının baş rejissoru
Xormeyster
Sevil HACIYEVA Əməkdar incəsənət xadimi
Konsertmeysterlər
Rebekka MAQOMEDOVA
Nuşabə İSA
İŞTİRAK EDİRLƏR:
German
Fərid ƏLİYEV Əməkdar Artist
Adil AXUNDOV
Liza
Fəridə MƏMMƏDOVA
Əməkdar Artist
İlahə ƏFƏNDİYEVA
Əməkdar Artist
Qrafinya
Fidan HACIYEVA Xalq artisti
Səbinə ƏSƏDOVA Əməkdar Artist
Polina
Səbinə ƏSƏDOVA Əməkdar Artist
Nina MAKAROVA
Knyaz Yeletski
Sergey KAYDALOV
Mahir TAĞIZADƏ
Qraf Tomski (Zlatoqor)
Yefim ZAVALNİY
Anton FERŞTANDT Əməkdar Artist
Surin
İqor YADROV
Əkrəm POLADOV
Xalq artisti
Çekalinski
Tural AĞASIYEV Əməkdar artist
Əliəhməd İBRAHİMOV Əməkdar artist
Maşa (Prilepa)
Zümrüd DAVUDOVA
Günel HACIYEVA
Mürəbbiyə
Elmira QAFAROVA
Narumov
Ruslan PERSAN
Çaplinski
Xalid DAŞDƏMİR
Əliəhməd İBRAHİMOV Əməkdar artist
Sərəncamçı
Kamil HƏBİBOV


