Yeddi Gözəl

Tədbir haqqında

COVİD-19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

 

"Yeddi Gözəl" (2 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Qara Qarayev

Libretto müəllifi: Yana Temiz

Tipı: Klassik

Tamaşanın müddəti: 1 saat 25 dəqiqə

 

Tamaşanın dirijoru: Cavanşir Cəfərov (xalq artisti)

Quruluşçu baletmeyster: Vasili Medvedyev (Estoniya əməkdar artisti)

Quruluşçu rəssam: Dmitri Çerbadji (Rusiya rəssamlıq Akademiyasının akademiki)

Geyim üzrə rəssam: Tahir Tahirov (xalq rəssamı)

Repetitorlar: Kamilla Hüseynova (xalq artisti)

Balet truppasının müdiri: Sergey Boqdarov (əməkdar mədəniyyət işçisi)

                                        Rollar və İfaçılar:

Nigar İbrahimova (əməkdar artist),Anar Mikayilov,Samirə Səmədova,Failə Bolqarova,Cəmilə Kərimova,Leyla Narimanzadə,Ayan Eyvazova,Elmira Süleymanova,Timur Oduşev,Edvard Arazov

                                   BALETİN QİSA MƏZMUNU

I PƏRDƏ

Birinci şəkil. Əzəmətli ölkənin gənc hökmdarı Bəhram şah gözəl və cəsarətli, çevik və bacarıqlıdır.Güclü hakimiyyətə malikdir. O, bütün düşmənlərə qalib gəlmişdir, hətta əjdaha ilə döyüşünü uğurla başa vurmuşdur, həyatsevər və özünə çox inamlıdır. Lakin gənclik bir qədər qayğısız və yüngülxasiyyətdir: Böyük şah bütün vaxtını sevimli əyləncəsinə - ova sərf edir.

İkinci şəkil. Ovunu təqib edən Bəhram təsadüfən bir mağaraya gəlib çıxır.Mağaranm divarında o, yeddi əfsanəvi gözəlin təsvirini görür.Bu təsvirlər Bəhramı heyran edir.Yeddi gözəl məxluq şəkildən enərək onun ətrafında dövr etməyə, öz cazibələri ilə onun diqqətini cəlb etməyə çalışır və ona sirli səadət vəd edirlər. Bəhram onları gözdən keçirməyə çalışır, buna müvəffəq olur, lakin onlardan biri, ən sirli və müəmmalı ağ geyimli Gözəllər gözəli - onun nəzərindən yayınaraq, sanki duman içərisində yox olur. Bəhram dərhal onu və digər gözəlləri tapmaq ehtirası ilə alışıb yanır, bu bəlkə başqaları üçün çətin bir işdir, lakin Bəhram üçün yox. Və Bəhram qərar qəbul edir: bu ilahi tərəfindən bir işarədir: o cəsur və güclüdür, onun səlahiyyətləri böyükdür, o yeddi gözəli tapacaq, onlar üçün dəbdəbəli bir saray tikdirəcək və onlarla xoşbəxtliyə qovuşacaqdır.

Üçüncü şəkil. Bir neçə il ötüb keçmişdir, yeddi gözəldən altısı artıq Bəhram şahın yanındadır. Yeni sarayda təntənəli məclis qurulmuşdur.Bəhram şah fərəh içərisindədir, demək olar ki, öz məqsədinə çatmışdır.Döyüşçülər rəqs edirlər.Onlar Bəhram şahın dövlətinin guc və qüdrətini nümayiş etdirirlər, gözəl kənizlər şahı və Gozəlləri əyləndirmək üçün rəqs edirlər.Öz hökmdarının idarəsinə itaət edən xalq rəqs edir.

Dördüncü şəkil. Gecə düşür.Bəhram gecəni birinci gözəllə - hind gözəli ilə keçirir.Lakin onun qəlbində gözlənilən xoşbəxtlik yoxdur, onun məhəbbəti kədər və qaranlıq rəmzi olan qara rəngə bürünmüşdür.Nə hind şahzadəsi, nə onun ətrafındakı uzaq ölkələrdən olan güllər - heç kəs və heç bir şey onun kədərini dağıtmağa qadir deyildir.

Beşinci şəkil. İkinci gecəni Bəhram Xarəzm gözəli ilə, onun qırmızı rəngli otağında keçirir. Şahı əyləndirmək üçün o rəqs edir.Nəcabət və zənginliyin əbədi simvolu, hər hansı hakimiyyətin mütləq atributu olan daş-qaşlar rəqs edirlər.Bəhramm ehtirası al rəngə bürünmüşdür. O, ətrafındakı qaranlıqdan çox yorulmuşdur, lakin al qırmızı rəng bir an içərisində tutqun qırmızıya, yüngül ehtiras isə ümidsizlik və qəzəb hissinə çevrilir.

Altıncı şəkil. Bəhram Bizans şahzadəsinin yanına yollanır, o özündən və onu əhatə edən aləmdən narazıdır, ümid edir ki, üçüncü gözəl ona daxili rahatlıq tapmağa yardım edə bilər. Bu qız şən və həyatsevərdir, ehtiraslı və coşqun, qızğındır. Bəhram üçün alışdırdığı od kimi dəyişkən, səbatsızdır. Lakin bu gözəllə keçirdiyi məhəbbət gecəsindən sonra özünü qarşıdakı aynada görən Bəhramın gözləri önündə mağarada gördüyü sima canlanır.Ən arzu olunan, ən əfsanəvi və gözəl surət sanki bir ruh kimi aynanın dərinliyindən görünür, işarə ilə onu yanına çağırır, ümid bəxş edir - və yox olur.

II PƏRDƏ

Yeddinci şəkil. Gözəl yaşıl bağda cürbəcür quşlar uçuşur - burada Bəhramı Çin gözəli gözləyir. O, Bəhrama təbiətdəki harmoniyanı göstərmək istəyir. Onunla Bəhram daha müdrik olur, bir qədər rahatlıq tapır və soyuqqanlı olur. O görür ki, təbiətdə hər şey sonsuzdur və tez ötüb keçir. Sevgi həyatın mürəkkəb dövranının yalniz bir parçasıdır.Quşlar naməlum uzaq ölkələrə uçub gedirlər. Gənc hökmdara ağ libaslı şahzadənin dumanlı obrazı hər şeydən qiymətli görünür və Bəhram dördüncü gözəli də tərk edir.

Səkkizinci şəkil. Və o - Gözəllər gözəli yenidən Bəhramın qarşısındadır. Bir anlıq görüntü, gözəl yuxu,
həqiqi məhəbbət, əsil xoşbəxtlik və ruhi dinclik arzusu... Lakin bütün bunlar həqiqətənmi mövcuddur, yoxsa

ağ paltarlı gözəl kimi bir xülyadır?

Doqquzuncu şəkil. Qızılı rəngdən bərq vuran sarayın otaqları Bəhramı və onun yaxınlarını gözləyir. Onların sahibi, Məğribli şahzadə qonaqpərvər və mehribandır. Məğrib gözəli bütün gücünü sərf edərək çalışır ki, şah həmişəlik onunla qalsın. «Qızıl və var-dövlətin bəxş etdiyi hər cür dəbdəbə, cah-cəlal sənin xidmətindədir, mənim hökmdarım!» Lakin qızıl hələ hər şey deyildir: gözəl Bəhrama öz ölkəsinin san qumlu səhralanndan gətirdiyi, müdriklik və əbədilik rəmzi olan nəhəng sirli məxluqu - Səməndəri göstərir. O, məhəbbətdə çox təcrübəlidir, lakin gözəlin nəvazişləri Bəhrama saxta və yeknəsaq görünür, onun üçün ağ paltarlı şahzadənin dumanlı obrazı dünyanın bütün qızıllanndan qiymətlidir və Bəhram beşinci gözəli də tərk edir.

Onuncu şəkil. Slavyan gözəlinin göy rəngli otağı - səma və su kimi harmoniya, rahatlıq və dinclik bəxş edir.Onun ətrafında büllur damcılar bərq vuraraq rəqs edirlər. Slavyan gözəli süzgün, zərif və nəvazişkardır. O, sevgisində dinclik və qəlb rahatlığı tapmağa çalışır. Lakin Bəhram dərk edir ki, sarılıq, qızıl, yaşıl təbiət, dərin qəlb rahatlığı - bu hələ onun əldə etmək arzusunda olduğu əsil istəyi deyildir və o, ağ geyimli gözəli axtarıb tapmaq üçün altıncı gözəli də tərk edir.

Yalnız o - Gözəllər gözəli Bəhramı xoşbəxt edə bilər: ağ rəng təmizlik və xeyirxahlıq, müdriklik və işıq deməkdir. Ağ rəng günəş spektrinin bütün rənglərini birləşdirir, onlardan heç biri ayn-aynlıqda belə gözəlliyə malik ola bilməzdi. Və Bəhram ətrafın dakı insanlardan ayrılaraq, təklikdə sarayın öz sahibəsinə qovuşmamış ağ otağına yollanır.

On birinci şəkil. Dəbdəbəli zalda hər şey tərtəmiz və ağappaqdır.Bu təmizlik və ağlıq içərisində Bəhram şah

tamamilə təkdir, o, gümüşü aynaya diqqətlə baxaraq aynanın dərinliyində özünü və gözəli axtanr.Budur, möcüzə baş verir, ağappaq libaslı şərq gözəli görünür.

0, Bəhramın müdrikləşməsi üçün çox gözləmişdir.Gözəllər gözəli Bəhrama sübut edir ki, məhəbbətin mənəvi əsası olmalıdır, məhəbbət işıqlı və ideal olub, insanı yaxşılığa doğru dəyişməlidir. Gözəllər gözəlini yad ölkələrdə axtarmaq gərək deyildi, yalnız diqqətlə ətrafı nəzərdən keçirmək lazım idi.

Və nəhayət Bəhram özünü xoşbəxt hiss edir, axır ki, o, arzuladığı hər şeyə nail olmuşdur. Və şah yenidən kişilərə xas həqiqi əyləncə istəyi ilə alışıb yanır. O, ovçuları ətrafına toplayaraq ova yollanır.

On ikinci şəkil. Şah Bəhramın sonuncu ovu: hər şey əvvəlki kimidir, lakin ov ona əvvəllər olduğu kimi heç bir zövq vermir. Bəhram artıq hər kiçik şeyə sevinən qayğısız gənc deyildir, o öz gözəlini tək qoyaraq gəldiyinə peşmandır.

On üçüncü şəkil. Tale Bəhramı bir daha yeddi gözəli gördüyü mağaraya gətirib çıxanr.Onun gözləri qarşısında əvvəlki hadisələr canlanır.Qaranlıq mağara göy qurşağının bütün rəngləri ilə işıqlanır və yeddi gözəl sehirli rəqsləri ilə hərlənirlər...Lakin bu nədir? Divardakı gözəllər - xəyali kölgələr Bəhram şahı sarayda gözləyən, artıq ona tanış olan, onun sahib olduğu gözəllərdən qat-qat üstündür. Dünyada heç bir şey artıq Bəhramı maraqlandırmır, həmişəlik mağarada qalmaq və yeddi əfsanəvi gözələ qovuşmaq kimi əlçatmaz arzusuna yetmək üçün hakimiyyətindən və tacından əl çəkir.Lakin tez və ya gec bütün xəyallar yox olduğu kimi, yeddi gözəl də yox olur. Və lap sonda Gözəllər gözəlinin sürəti itirilmiş məhəbbət və dünyanın anlaşılmaz sirləri haqqında bir xatirə kimi əriyib itir.

Yaş məhdudiyyəti / Dil

6+
Yeddi Gözəl Yeddi Gözəl