Biletin qaytarılması və dəyişdirilməsi

Biletlərin qaytarılması tədbirin statusundan və ödəniş üsulundan asılı olaraq aşağıdakı qaydalar əsasında həyata keçirilir.

1. Qaytarılma şərtləri

Tədbir təxirə salınarsa və ya məkanı dəyişdirilərsə

Tədbirin yeni tarixi və ya məkanı barədə məlumat sizə telefon zəngi, SMS və ya elektron poçt vasitəsilə təqdim ediləcək. Mövcud biletinizin yeni tarix və ya məkan üçün etibarlı olub-olmadığını dəqiqləşdirmək üçün Çağrı Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.

Yeni tarix və ya məkan sizin üçün uyğun deyilsə, tərəfimizdən müəyyən edilmiş müddət çərçivəsində biletinizi heç bir məbləğ tutulmadan geri qaytara bilərsiniz.

Müəyyən edilmiş müddət başa çatdıqdan sonra standart qaytarılma şərtləri tətbiq olunur:

— tədbirin yeni tarixdə başlamasına 48 saatdan çox vaxt qaldıqda biletin dəyərinin 30%-i tutulur;

— tədbirin yeni tarixdə başlamasına 48 saat və ya daha az vaxt qaldıqda bilet qaytarılmır.

Tədbir planlaşdırıldığı tarixdə və məkanda keçirilirsə

Tədbirin başlamasına 48 saatdan çox vaxt qaldıqda bilet qaytarılarsa, biletin dəyərinin 30%-i tutulur.

Tədbirin başlamasına 48 saat və ya daha az vaxt qaldıqda bilet qaytarılmır.

Tədbir ləğv olunarsa

Tədbir ləğv edildikdə, müraciətiniz əsasında biletin ödənişi heç bir məbləğ tutulmadan tam şəkildə geri qaytarılır.

Bileti başqa yerə, qiymət kateqoriyasına, tarixə və ya seansa dəyişmək ayrıca əməliyyat kimi həyata keçirilmir. Belə halda mövcud bilet qaytarılma qaydalarına uyğun qaytarılmalı, yeni bilet isə ayrıca əldə edilməlidir.

⚠️ Qeyd: Qaytarılması mümkün olmayan tədbirlər üzrə xüsusi şərtlər müvafiq tədbirin səhifəsində və ödənişdən əvvəl göstərilir. Bilet əldə etməzdən əvvəl tədbirin səhifəsindəki “Qaydalar” bölməsi ilə tanış olun.

2. Məbləğin geri qaytarılması

Məbləğin geri qaytarılma üsulu bileti əldə edərkən istifadə etdiyiniz ödəniş üsulundan asılıdır.

Kassada nağd ödəniş

iTicket.AZ-ın kassalarında və satış məntəqələrində nağd ödənişlə əldə edilmiş biletlərin məbləği yalnız “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən satış məntəqələrimizdə nağd şəkildə geri qaytarılır.

Qaytarılma zamanı fiziki biletin orijinalı kassaya təqdim edilməlidir.

Kassada bank kartı ilə ödəniş

iTicket.AZ-ın kassalarında və satış məntəqələrində POS-terminal vasitəsilə bank kartı ilə əldə edilmiş biletlərin məbləği yalnız “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən satış məntəqələrimizdə geri qaytarılır.

Məbləğ alış zamanı istifadə edilmiş bank kartına qaytarılır. Kassaya yaxınlaşarkən fiziki biletin orijinalını, ödəniş zamanı istifadə edilmiş bank kartını və ödəniş qəbzini təqdim etməlisiniz.

Onlayn bank kartı ilə ödəniş

iTicket.AZ veb-saytında və ya mobil tətbiqdə bank kartı ilə onlayn əldə edilmiş biletlər üzrə qaytarılma sorğusunu hesabınızdan müstəqil şəkildə yarada bilərsiniz.

Bunun üçün “Profil” bölməsinə daxil olun, “Qaytarma sorğuları” səhifəsinə keçid edin, qaytarmaq istədiyiniz biletləri seçin və “Sorğu yarat” düyməsinə toxunun.

Yaradılmış sorğu əməkdaşlarımız tərəfindən iş saatları ərzində nəzərdən keçiriləcək və müvafiq qaydada emal olunacaq.

Qaytarılma üçün həmçinin +994 12 424 24 24 nömrəsi vasitəsilə Çağrı Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz. Bu zaman sifariş nömrəsini və sifarişin sizə məxsus olduğunu təsdiqləmək üçün sifariş PİN-ini təqdim etməlisiniz. Sifariş PİN-i yalnız sifariş zamanı göstərilmiş telefon nömrəsinə göndərilir.

Geri qaytarılma sorğusu təsdiqləndikdən sonra məbləğ 7–30 iş günü ərzində ödəniş zamanı istifadə edilmiş bank kartına köçürülür.

iTicket.AZ və Epoint cüzdanı ilə ödəniş

iTicket.AZ və ya Epoint cüzdanı ilə əldə edilmiş biletlər üzrə qaytarılma sorğusunu iTicket.AZ veb-saytı, mobil tətbiq və ya Çağrı Mərkəzi vasitəsilə yarada bilərsiniz.

Qaytarılan məbləğ yalnız ödəniş zamanı istifadə edilmiş müvafiq cüzdana köçürülür.

Yüklənir..