Bakı Ali Neft Məktəbi, Konqres Zalı

Bakı Ali Neft Məktəbi — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxildir. 2011-ci il noyabrın 29-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə Dövlət Neft Şirkətinin tərkibində Bakı Ali Neft Məktəbi yaradılmışdır. Bu fərmandan sonra məktəbin yaradılması proseduru həyata keçirildi. Bütün hüquqi-normativ sənədlər hazırlandı. Ali məktəb Ədliyyə Nazirliyində qeydiyyatdan keçib Təhsil Nazirliyinin lisenziyasını aldı. 2012-ci il aprelin 10-da Prezidentin sərəncamı ilə bu ali məktəbə Elmar Qasımov rektor təyin olundu. İlk gündən başlayaraq Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan ali təhsil sistemində yeni istiqamətdə fəaliyyət göstərdi. Birinci növbədə Azərbaycan iqtisadiyyatının əsasını neft, kimya, qaz kompleksi təşkil edir. İqtisadiyyat üçün müasir texnologiyalar əsasında yüksək səviyyəli kadr hazırlığına ehtiyac var. Kadr hazırlığı beynəlxalq təcrübə əsasında qurulur. Bunu əsas götürərək, ilk növbədə ali məktəbimiz dünyada mühəndislii öndə gedən ali məktəblərlə əlaqə qurmaq qərarına gəldi. Dünyanın nüfuzlu universitetləri ilə əlaqə saxlanıldı. Bunlardan biri Böyük Britaniyanın Heriot-Watt Universitetidir. Heriot-Watt Universiteti Bakı Ali Neft Məktəbi ilə tərəfdaş Universitetdir. Bu tərəfdaşlıq əlaqələrinin əsas şərtləri ondan ibarətdir ki, bizim məzunlar iki – həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Watt Universitetinin diplomlarını alacaqlar. Məktəbimizin proqramları, demək olar ki, Heriot-Watt Universitetinin proqramlarıdır. Tədris dilimiz ingilis dilidir. Təhsil pulsuzdur. Heriot-Watt Universiteti Bakı Ali Neft Məktəbinin inkişafını üzərinə götürüb. Ali məktəbimizin ən unikal cəhətlərindən biri odur ki, bizim məktəbin semestr imtahanları da Heriot-Watt Universiteti tərəfindən aparılır. Müəllimlərimiz yalnız tədris prosesini həyata keçirir. Bu cür prosesin aparılmasının müsbət cəhəti ondan ibarətdir ki, müəllimlərimiz məsuliyyəti dərk edir. Bakı Ali Neft Məktəbi həm təşkilati cəhətdən, həm maliyyə cəhətdən ARDNŞ-nin (SOCAR) tərkibindədir. Bu, ən böyük üstünlüyümüzdür. Ali məktəbimizin təchizatı maliyyələşdirilməsi, binanın təmir edilməsi, yeni tikilən şəhərcik (Campus) Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir. BANM-da 3 ixtisas var: neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi. Bu ixtisaslara həm ölkəmizdə, həm də ölkə kənarında böyük ehtiyac var. Bu ixtisasları bitirən tələbələr ARDNŞ-nin müəssisələrində işlə təmin olunacaqlar. Bu o demək deyil ki, tələbə mütləq BANM-ın təyinatını qəbul etməlidir. BANM-ı bitirən tələbələr (həm dövlət sifarişli, həm də ödənişli) başqa yerlərdə də işləyə bilərlər. BANM-ın şəhərciyi (kampus) tikilir. Kampus hazır olduqdan sonra yeni ixtisaslar açılacaq. Magistr təhsil sistemi də gələcəkdə nəzərdə tutulur. BANM-da tədris 5 ildir (4+1). Birinci il hazirliq ilidir. Həmin il ərzində yalniz "Komputer ve IKT" (her qrupda 16-17 nəfər olmaqla, azərbaycan və rus setorları ayri ayri) ve İngilis dili (hər qrupda 9-10 nəfər olmaqla, burada sektorlara bölünmə yoxdur, tədris ingilis dilindədir) fənləri keçirilir. Dərs başlamamışdan əvvəl qeydiyyat zamanı qebul olunmuş tələbələr sorğulanır (bu imtahan deyil, ondan kəsilmək olmur) ve sorğu nəticəsində tələbələr qruplara bölünür. Ingilis dilinnən həddinnən cox az biliyi olan tələbələr üçün dərslər başlamamışdan əvvəl ilkin hazirliq təşkil olunur. Semestr imtahanları yanvar və iyun aylarında təşkil olunur. Birinci ilin sonunda tələbələr Heriot-Watt universitetinə imtahan verir. İmtahanı British Council şirkəti təşkil edir. İmtahandan keçən tələbələr Heriot-Watt Universiteti ilə müqavilə bağlayır və növbəti 4 il ərzində ixtisas fənləri ingilis dilində Heriot-Watt Universitetin proqrami ilə deyilir

Keçirilmə məkanı

Bakı Ali Neft Məktəbi, Konqres Zalı

Ünvan
Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibi Heybət qəsəbəsi
Telefon
(+994 12) 521 33 63
(+994 77) 642 40 50

Sorğunuza uyğun tədbir tapılmadı