Sea Breeze White Beach Club

Sea Breeze White Beach Club

White Beach Club özündə terras restoranını və Event Hall tədbir keçirmə sahəsinin yaxınlığındakı geniş çimərlik ərazisini birləşdirir. Klubun dizaynı çimərlik klublarına və lakonik ağ evlərlərlə xüsusiyyətləndirilən Mikonosun ənənəvi memarlığına istinad edir. Ərazi çətirli şezlonqlar, çadırlar və söhbətqahlarla təchiz edilmişdir ki, burada ümumiyyətlə günəşdən qorunmağa zəmanət verən 250 çimərlik yeri mövcuddur. Yaşıllıq elementləri ağappaq konsepsiyaya ahəngdar şəkildə uyğun gəlir, dərindən düşünülmüş işıqlandırma isə çimərliyi axşam çağı əsl klub məkanına çevirir. 

Sea Breeze Resort, Nardaran qəsəbəsi, Bakı, Azərbaycan