Tropicana Beach by Sultan Food ailəvi istirahət mərkəzində qonaqların ən müxtəlif tələblərini qarşılayan, istirahət üçün ideal şərait və xidmətlərlə: qızıl qum sahilli çimərlik, skuterlər, kvadrotsikl, yaxta, “banan”, iki bar, futbol və voleybol meydançaları ilə təmin olunub. Böyük hovuz yanında istirahət etmək istəyən qonaqlar isə canlı musiqinin müşayətində Fashion Coctail Barin müxtəlif içkilərinin, eyni zamanda karaoke–klubda əyləncəli vaxt keçirərək dünyada məşhur olan yapon suşisinin dadına baxa bilərlər. Kompleksin ərazisində balaca qonaqlarımız üçün funksional qurğulu uşaq əyləncə meydançası da xidmət göstərir. Hər həftə sonu onlar üçün uşaq şou proqramları, master-klass, Candy Land və çoxsaylı əyləncələr təqdim olunur. Eləcə də balaca qonarların ad günləri və bayram tədbirləri də təşkil edilir.