Zuleykha Usubova, Rovshan Amrakhov and Ayyub Aliyev - classic

Tədbir haqqında

Piano bütün janrları özündə cəmləşdirən bir alətdir.  Tango, caz, flamenko, klassik, müasir musiqi, türk sənət musiqisi, orkestr ilə fortepiano konsertləri dj/launj musiqisi və digər janrlarda pianoçuları öz qrupları ilə və həmçinin Azərbaycaın  istedadlı gənc pianoçularını 1st Baku International Piano Festival təqdim edir.
 Bu festivalda müxtəlif musiqi janrlarında inanılmaz konsertlər keçiriləcək.


Bakıda anadan olan pianoçu Züleyxa Usubova Dövlət Akademik Opera və Balet Teatrında balet konsertmeysteri işləyir.  Beynəlxalq və Respublika müsabiqələrinin laureatıdır.  9-cu və 10-cu Beynəlxalq Qəbələ Festivallarının İştirakçısı.

 Skripkaçı Rövşən Əmraxov Musiqi Akademiyasının, daha sonra Finlandiyada Turku Konservatoriyasının professoru Aleksandr Vinnitskinin sinfinə daxil olub.
 Əmraxov Pavel Kotla, Nevil Marriner və başqaları kimi dirijorlarla işləyib.  Hazırda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin aparıcı solistlərindən biridir.

 Violonçel ifaçısı Əyyub Əliyev Bakıda anadan olub.  Hazırda bir çox orkestrlərdə və müxtəlif musiqi layihələrində çıxış edir.  Əliyev Respublika Müsabiqəsinin laureatıdır.  O, dünya şöhrətli musiqiçi Mstislav Rastrapoviçdən ustad dərsləri alıb.

 Dirijor Valid Ağayev karyerası ərzində Schlomo Mintz, Friedrich Lips, Gerhard Vielhaber, Sergey Eletski kimi dünya şöhrətli sənətkarlarla işləyib... Ukrayna Milli Simfonik Orkestri, Orquesta Clásica Santa Cecilia, Filarmonie Südwest kimi orkestrlərlə çalışıb.  …
 Ağayev hal-hazırda Adanada Çukurova Dövlət Konservatoriyasında dosent vəzifəsində çalışır.

Yaş məhdudiyyəti / Dil

6+
Zuleykha Usubova, Rovshan Amrakhov and Ayyub Aliyev - classic Zuleykha Usubova, Rovshan Amrakhov and Ayyub Aliyev - classic