Behzod Abduraimov (piano), Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor: Fuad İbrahimov
Baku Arts Festival (BIAF)-ın açılışını öz nəslinin ən parlaq pianoçularından biri - Behzod Abduraimov (Özbəkistan) edəcək. London Beynəlxalq Piano Müsabiqəsinin laureatı olan Abduraimov, Carnegie Hall və Concertgebouw kimi dünyanın aparıcı səhnələrində çıxış edir, Avropa, Asiya və Amerikada nüfuzlu orkestrlarla əməkdaşlıq edir.
Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə, dirijor Fuad İbrahimovunrəhbərliyi altında baş tutacaq.
Proqramda P. İ. Çaykovskinin 1 nömrəli fortepiano konserti, Dmitri Şostakoviçin əsərləri və Azərbaycan bəstəkarlarının musiqiləri yer alır - klassik irs və milli ənənənin bir festival kontekstində vəhdət təşkil etdiyi musiqi portreti: dövrlər, mədəniyyətlər və formalar arasında dialoq.
