Festivalın bağlanış konsertində dünya üzrə ən məşhur skripka ifaçılarından biri olan Maksim Vengerov pianoçu Yevgeniya Startseva və Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor: Fuad İbrahimov) ilə birlikdə çıxış edəcək.
Proqramda Şostakoviçin musiqisi və Rimski-Korsakovun məşhur “Şəhrizad” əsəri səslənəcək, M. Vengerovun virtuoz ifası, simfonik orkestrin qüdrətli sədaları və Şərqin parlaq musiqi obrazları isə festivalın yekununa xüsusi rəng qatacaqdır.
Müddət: təxminən 90 dəqiqə (antrakt ilə)