“Stadionlar səssiz olanda” - Qurban Qurbanov

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

7 fevral tarixində Nizami Kino Mərkəzində Azərbaycan futbolunun canlı əfsanəsi, veteran futbolçu və baş məşqçi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” adlı idman dramı nümayiş etdiriləcək.

Film Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayan həyat yolunu, futbolçu karyerasini və məşqçi kimi fəaliyyətini əhatə edir. Ekran əsərində onun Çempionlar Liqasının qrup mərhələsinə qədər uzanan peşəkar yolu, qarşılaşdığı çətinliklər və qazandığı uğurlar əks olunur. Filmdə həmçinin karyerasında mühüm rol oynamış qardaşı Musa Qurbanovla bağlı xatirələrə xüsusi yer verilib.

“Stadionlar səssiz olanda” filmi futbolsevərlər və idman ruhunu sevən hər kəs üçün təsirli ekran işidir.

Yaş məhdudiyyəti / Dil

16+
“Stadionlar səssiz olanda” - Qurban Qurbanov “Stadionlar səssiz olanda” - Qurban Qurbanov

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014