Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“SƏMAYA YÜKSƏLƏNLƏR”
Beynəlxalq ulduzların iştirakı ilə möhtəşəm sirk tamaşası
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya Yüksələnlər” — müxtəlif dövrlərdə Beynəlxalq Sirk Festivallarının mükafatçıları olmuş, Avropanın 5 ölkəsini təmsil edən dünya səviyyəli sənətçilərin iştirakı ilə hazırlanmış unikal sirk proqramı.
Bu möhtəşəm şouda Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan olan məşhur akrobatlar və artistlər səhnəyə çıxaraq tamaşaçılara unudulmaz anlar yaşadacaq.
Proqramda sizi nələr gözləyir?
Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun dueti – gülüş və əyləncə dolu çıxış
Təlimləndirilmiş itlər və atlar ilə maraqlı və valehedici nömrələr
Nikulin Sirkinin möhtəşəm hava trapesiya nömrəsi
Həyəcan dolu yelləncəkdə akrobatik çıxış
Avropanı turnikdə möhtəşəm performansı ilə heyran etmiş akrobatik duet
Kəmərlərdə və pilonda təqdim olunan nəfəs kəsən hava akrobatik dueti
Atlarda akrobatik nömrələrlə çıxış edən ecazkar qızlar
Bu proqramda hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılıb. Hər nömrə adrenalini yüksəldir, hər çıxış tamaşaçıları möcüzələrlə dolu bir dünyaya aparır.
