Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Şərq Sirki.
Dünyanı heyran edən möhtəşəm atüstü şou.
Monte-Karlo 2025 qalibləri.
Türkmənistanın qüruru — Circus Sea Breeze arenasında.
İlk dəfə Bakıda, Circus Sea Breeze arenasında Türkmənistan Dövlət Sirkinin əfsanəvi “Galkynyş” qrupu — 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafat qalibləri çıxış edəcək.
Tamaşaçıları dünyanın ən möhtəşəm atüstü nömrələrindən biri gözləyir. Mükəmməl sinxronluq, mürəkkəb tryuklar, güclü dinamika və yüksək peşəkarlıq səviyyəsi bu çıxışı həqiqətən unudulmaz edir.
Şou proqramında həmçinin beynəlxalq səviyyəli akrobatlar, müxtəlif janrların parlaq artistləri, eləcə də itlər, tutuquşular və meymunların iştirakı ilə rəngarəng nömrələr təqdim olunacaq. Hər dəqiqə böyük sirk enerjisi və emosiyası ilə doludur.
⚡ Şou cəmi bir neçə gün davam edəcək.
Bu fürsəti qaçırmayın.
🚌 Tamaşaçıların rahatlığı üçün “Koroğlu” metro stansiyasından Circus Sea Breeze-ə və geri istiqamətdə xüsusi avtobus xidməti təşkil olunacaq.
