Sea Breeze Summer Live - EMIN

Tədbir haqqında

Bu yay Bakı şəhərinin bütün sakinlərini və qonaqlarını mövsümün unudulmaz və ən parlaq hadisəsi — SEA BREEZE Summer LIVE gözləyir!

Bu, bütün yay ərzində iyun-avqust aylarında SEA BREEZE Resort ərazisində keçiriləcək canlı konsertlərin və şouların tamamilə yeni formatıdır. Hər həftə SEA BREEZE Resort-dan yay səhnəsində canlı ifalar. Və Xəzərin sahilində bu möhtəşəm musiqi mövsümünü EMİN-in böyük solo konserti açacaq.

Proqramda EMİN-in əsas hitləri, eləcə də heç kəsi biganə qoymayacaq yeni lirik kompozisiyaları yer alacaq. Buna əmin olmaq üçün isə bilet alın və konsertə gəlin! Böyük zövq, unudulmaz təəssürat və inanılmaz yay emosiyaları alacağınıza əminik!

Birbank rəqəmsal bankının istifadəçiləri EMİN-in konsertini "Birbank Ürəklər” fan-zonasından izləyə biləcəklər. Həmin fan-zonaya biletləri yalnız Birbank-dan əldə etmək olar. Bunun üçün Birbank-ın “Bonuslar” bölməsindən “Hədiyyələrə” daxil olun və bonus “Ürəklər”inizi konsert biletinə dəyişin. "Birbank Ürəklər” fan-zonası SEA BREEZE Summer LIVE çərçivəsində EMİN-in solo konserti zamanı yalnız Birbank-lıların ixtiyarında olacaq. Ətraflı məlumatı Birbank rəqəmsal bankından əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

6+
Sea Breeze Summer Live - EMIN Sea Breeze Summer Live - EMIN