Hip-hopun alt janrları arasında öz vokalını müxtəlif müstəvilərdə sınayan 21Rave ikinci albomu olan "QIRXAYAQ" albomunu ilk dəfə Hayal Kahvesi səhnəsində ifa edəcək. 22 Avqustda baş tutacaq konsert onun öz incəsənətini tam potensialı ilə göstərəcəyi ilk an olacaq.
Karyerasını "Karamel", "ŞKÜR" kimi sinqllarla yüksəldən sənətçi "21 Oxunmamış Mesaj" debüt albomu ilə dinləyici kütləsini kəskin artırıb. Sonrakı illərdə bir çox sinql və qonaq artist çıxışı edən sənətçi 2022-ci ildə sözügedən albom - "QIRXAYAQ" üzərində işləməyə başlayıb.
Ölkənin ən parlaq gənc yaradıcılarını bir proyektdə toplamağı bacaran 21Rave ölkəmizə yad, dünya üçün isə modernizm dalğasında öndə gedən bir albomla çıxış edib.

8 ₼-dan
10 ₼-dan
4 ₼-dan
20 ₼-dan
8 ₼-dan
30 ₼-dan