Thirty Seconds to Mars

Tədbir haqqında

Thirty Seconds to Mars tədbiri üçün biletlər yalnız iticket.az-da mövcuddur. Iticket MMC kənar platformalardan əldə edilən biletlərə görə məsuliyyət daşımır.

thirtysecondstomars.com saytından əldə edilən "VIP" paketlərə görə məsuliyyət qrupun özünə aiddir. Bu biletlərlə bağlı hər hansı bir sualınız yaranarsa, qeyd olunan saytın dəstək xidməti ilə əlaqə saxlamağınız xahiş olunur.

Thirty Seconds to Mars

22 Oktyabr- Milli Gimnastika Arenası

Thirty Seconds to Mars özünün altıncı studiya albomu olan It's The End Of The World But It's A Beautiful Day ilə möhtəşəm bir şəkildə geri qayıdır.
Qrup üçün yeni bir dövr açan bu albom yalnız insan təcrübəsinin qaranlıq tərəflərini deyil, eyni zamanda bizə imkansız görünən çətinliklər qarşısında belə dünyada gözəllik tapmağın mümkünlüyünü xatırladır.

Thirty Seconds to Mars - Jared Leto və Shannon Leto deməkdir. Onların bütün dünyada 15 milyondan artıq albom satışı olub və hər il konsertləri müxtəlif dolu zal və stadionlarda  keçirilir. Tarixdəki ən uzunmüddətli tur təşkil edərək Ginnesin Rekordlar Kitabına daxil olan qrup bir çox mükafatlara, eləcə də MTV və Billboard musiqi jurnalı mükafatına layiq görülmüşdür.

Bakıda keçiriləcək konsert böyük "Seasons World Tour 2024" turunun bir hissəsi olacaq.

Yaş məhdudiyyəti / Dil

12+ / English
Thirty Seconds to Mars Thirty Seconds to Mars

Məkan yeri
Heydər Əliyev prospekti 178A, Bakı, Azərbaycan