Vaqif Mustafazadə Əsərləri — Kamera Orkestrinin İfasında

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

 

22 may tarixində Kapellhaus-un kamera zalında böyük Azərbaycan bəstəkarı və caz-muğam janrının banilərindən biri olan Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş xüsusi konsert proqramı təqdim olunacaq.

Bu axşam bəstəkarın seçilmiş əsərləri kamera orkestrinin ifasında yeni və xüsusi səslənmədə təqdim ediləcək. Layihə çərçivəsində musiqi materialı orijinal ifalar əsasında orkestr üçün işlənmiş, Vaqif Mustafazadənin özünəməxsus improvizasiya ruhu və emosional musiqi dili qorunub saxlanılmışdır.

Şam işığında keçiriləcək bu kamera axşamı dinləyicilərə musiqi ilə daha yaxın və fərqli atmosfer yaşadacaq — hər bir səsləniş, hər bir pauza və hər bir melodiya xüsusi hiss olunacaq.

🎻 İfa edir: The Kapellhaus Chamber Orchestra

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Vaqif Mustafazadə Əsərləri — Kamera Orkestrinin İfasında Vaqif Mustafazadə Əsərləri — Kamera Orkestrinin İfasında

Məkan yeri
28 May küç. 35, Bakı, Azərbaycan, AZ1010