Ələddin Nağılı
0
Yaş məhdudiyyəti
Tədbirin müddəti
13:00 - 14:00

Tədbir haqqında

Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının premyerası olacaq.  Premyera 15 aprel, saat 13:00-da, Heydər Əliyev Sarayında keçiriləcək. Müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda –populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor və müğənnilər çıxış edəcəklər. Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq. Şübhəsiz ki, Azərbaycanın tarixində ilk uşaq müziklı ölkəmizin mədəni həyatında əsl hadisəyə çevriləcək.
Ələddin Nağılı Ələddin Nağılı